Video tərcüməsi və Alt yazı

Video üçün alt yazı hazırlama ilk videolar (filmlər) yaranan vaxtlardan istifadə olunur. İlk filmlər səssiz olduğu üçün daha mühüm idi. Videolara səs əlavə olunduqdan sonrakı dövrlərdə alt yazılar əsasən tərcümə üçün istifadə olunur. Eyni zamanda görmə məhdudiyyəti olanlar üçündə alt yazılı videolar hazırlanır. Bunun üçün ilk növbədə audio və video mətnə çevirilir.  

Təklif etdiyimiz xidmətlər:

Video tərcüməsi və alt yazıların hazırlanması üzrə 3 xidmət təklif edirik. 

1. Audio və video tərcüməsi, səsin mətnə çevirilməsi

Audio və video materiallar təcüməçi tərəfindən qulaq asma yolu ilə mətnə çevilirilir. Hazırlanmış mətndə cümlələr formalaşdırılır. Tələb əsasında başqa bir dilə tərcümə olunur. 

2. Video üçün sabit alt yazı hazırlanması

Alt yazı birbaşa videonun özündə olur. Video mənbədən yüklənərkən üzərində qalır. Dəyişmək və ya düzəliş etmək üçün videoredaktor tərəfindən yenidən işlənilməlidir.

3. Youtube videoları üçün alt yazı hazırlanması

Youtubenin texniki imkanları ilə alt yazı ayrıca birləşdirilir. Sonradan dəyişmək və ya düzəliş etmək olur. Videonu kompüterə yükləyərkən alt yazılar üzərində olmur.

Alt yazı hazırlama xidmətləri fərqli formalarda da ola bilər.

Video üçün alt yazı hazırlama prosesi

Video üçün alt yazı hazırlama prosesi 3 mərhələdən keçir.

Mərhələ 1: Mətnin hazırlanması

Videodakı dialoq və digər danışıqlara diqətlə qulaq asılaraq mətn formasında yazılır. Mətnin yazılması zamanı danışıqlar kiçik parçalarla qeyd olunur. Hər bir parçanın başlama və bitmə müddətləri qeyd olunur. Videoda olan ekran yazıları, başlıqlar, qapı, küçə və digər lövhələr də mətnə daxil edilir. Məsələn:

Video lovhe alt yazı hazırlama
Video lövhə alt yazısı

Mərhələ 2: Tərcümə

Hazırlanmış mətn hədəf dilə tərcümə olunur. Bu sıradan tərcümə deyil. Danışıq mətni aydın başa düşülən yığcam mətnlər şəklində tərcümə olunur. Çünki alt yazı mümkün qədər qısa və aydın başa düşülən olmalıdır ki, oxuna bilsin.
Bitmiş tərcümə alt yazısı word fayl şəklində təsdiq üçün müştəriyə göndərilir. Təsdiqdən sonra 3-cü mərhələyə başlanılır.

Mərhələ 3: Alt yazıların videoya yerləşdirilməsi

Tərcümənin razılaşdırılmış versiyası bir daha vaxt intervalları üzrə yoxlanılır. Sonra isə videoredaktor tərəfindən hissə-hissə video üzərinə yerləşdirilir. Sabit alt yazılar videoya birdəfəlik birləşdirildiyi üçün artıq onun bir parçası olur. Youtube videolarında isə Youtube-nin verdiyi texniki imkanlar sayəsində yazılar videonun orijinalından ayrı olaraq birləşdirilir. Prosesi sürətləndirmək üçün tərcümənin tez bitməsi və düzgün intervallara ayrılması əsas şərtdir.

Müddət və qiymətlərin hesablanması

Videonun təcüməsi və səsin mətnə çevirilməsi adətən alt yazıların hazırlanması üçün istifadə olunur. Amma bəzən başqa məqsədlər üçündə sifariş olunur. Audio və video materialın mətnə çevirilməsi azərbaycan, rus, ingilis və türk dilləri üzrə 5 dəqiqə 35-45 azn olaraq hesablanır. 

Videonun müddətindən asılı olaraq tərcümə müddəti təyin olunur. Videonun hansı dildə olması da rol oynayır. Sonra isə hazırlanmış alt yazının videoya birləşdirilməsi prosesi başlanılır. Bu isə daha çox vaxt tələb edir.

Rus-azərbaycan (və əksinə), ingilis-azərbaycan (və əksinə) dil cütlükləri üzrə 5 dəqiqəlik video üçün qiymətlər:
Sabit alt yazılı – 60 azn  
Youtube videoları üçün –  50 azn.

Qiymətlərə tərcümə, alt yazı hazırlanması və yerləşdirilməsi xərcləri daxildir və 5 dəqiqəyədək olan bütün videolar üçün sabitdir. 20 dəqiqədən sonra hər dəqiqənin qiyməti sabit alt yazı üçün 6 azn, Youtube videoları üçün 5 azn-dən hesablanır. 40 dəqiqəni aşan videolar üçün daha böyük endirim tətbiq edilə bilər. Digər dil cütlükləri üzrə alt yazıların hazırlanması zamanı tərcümə qiymətləri nəzərə alınaraq qiymət müəyyən olunur. 

Xidmət göstərdiyimiz ərazi: Azərbaycan, Dünya ölkələri
Xidmət təminatçısı: Tərcüman Tərcümə Mərkəzi
Sifarişlərin qəbulu: 7/24
Ödəniş valyutası: AZN, USD
Ödəniş forması: Bank köçürmə, MilliÖn, E-Manat, ExpressPay, Kassam.AZ, E-pul və dünyanın istənilən yerindən onlayn ödənişlə
Telefon: +99455 918 60 14

WhatsApp: +99455 918 60 14
Elektron poçt: info@tercuman.az

Qiymətlərinin hesablanması ilə bağlı yuxarıda məlumat verilib. Daimi müştərilərə xususi endirimlər var. 

Ödənişi bank köçürmə və ya dünyanın istənilən yerindən onlayn qaydada edə bilərsiz. Həmçinin MilliÖn, E-Manat, ExpressPay, Kassam.AZ, E-pul ilədə ödəniş mümkündür.

Sifariş göndər