İngilis dili tərcümə xidməti

Azərbaycan ingilis dili tərcümə istiqaməti hazırda populyar tərcümə istiqamətidir. Azərbaycan-ingilis və ingilis azərbaycan dili istiqamətləri yanaşı və eyni zamanda rus-ingilis, ingilis-rus dili üzrə də peşəkar tərcüməçilərlə çalışırıq. 

İngilis dili haqqında

İngilis dili dünyada geniş yayılmış bir dil olaraq ən çox istifadə olunan dillər siyahısındadır. Hind-Avropa dillərinin german dillərinə aid olan bu dil 410 milyon insanın doğma dilidir. Dünyada 1 milyard insan ingilis dilində danışır.

BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin ana dili, İngiltərənin, faktiki Böyük Britaniyanın rəsmi dilidir. Eyni zamanda ABŞ-ın (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dilidir. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir.

İngilis dili tərcümə xidmətlərimiz

Şirkətimiz  azərbaycan ingilis dili tərcümə istiqaməti ilə yanaşı, ingilis dilindən rus dilinə, rus dilindən ingilis dilinə, ingilis dilindən türk və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Hazırda ingilis dilini bilən insanların sayı çoxluq təşkil edir. Lakin  peşəkar tərcümə, xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsi yüksək peşəkarlıq tələb edən iş sayılır. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.

Texnikitibbihüquqimaliyəelmi tərcümə və kitabların tərcüməsi əsas prioritetimizdir. Digər prioritet xidmətimiz saytların və digər internet resursların tərcüməsi, məzmunların yerləşdirilməsi, eyni zamanda müxtəlif dillərdə unikal məzmunların yaradılması və məqalə yazarlığıdır.

İngilis dili üzrə tərcümə istiqamətləri:

  • Azərbaycan dilindən ingilis dilinə tərcümə
  • İngilis dilindən azərbaycan dilinə tərcümə
  • İngilis dilindən türk dilinə tərcümə
  • Türk dilindən ingilis dilinə tərcümə
  • Rus dilindən ingilis dilinə tərcümə
  • İngilis dilindən rus dilinə tərcümə
  •  İngilis dilindən ukrayna dilinə tərcümə
  • Ukrayna dilindən ingilis dilinə tərcümə
  • və ingilis dilindən digər dillərə və əks istiqamətdə tərcümə

     

    Etdiyimiz tərcümələrin nümunələri ilə burda tanış ola bilərsiz.

Sifariş göndər