Tibbi sənədlərin tərcüməsi

Ulduzlar ver!
(1 / 5)

Bakıda “Tibbi sənədlərin tərcüməsi” xidmətini təklif edirik

Tibbi sənədlərin tərcüməsi bu sahədə kifayət qədər bilik və təcrübəyə malik olan tərcüməçilərin bacaracağı bir xidmətdir. Əsas tərcümə istiqamətlərimizdən biri – Tibbi tərcümə xidmətidir. Çoxsaylı tibbi terminlər, elmi ifadələr, dərman adları, tibb elminin yeni sahələrini əhatə edən termin və ifadələr vacib nüanslardır. Təklif etdiyimiz tibbi sənədlərin tərcüməsi ilə məşğul olan peşəkarlarımız daim tibb sahəsi ilə maraqlanmaqla işlərinə daha ciddi yanaşırlar. Lazım gəldikdə peşəkar həkimlərə müraciət olunaraq daha dəqiq və dolğun tərcüməyə nail olunur.

Tibbi tərcüməyə hansı sənədlər daxildir ? 

Tibbi tərcümə dedikdə müayinə sənədləri, analizlər, epiqrizlər, dərmanlar haqqında məlumatlar, tibb alətləri, avadanlıqları və qurğuları ilə bağlı təlimatlar, tibbi ədəbiyyat, məqalələr və s. tibbi sənədlərin tərcüməsi başa düşülür.

Müştərilərimiz əmin ola bilərlər ki, onların təqdim etdikləri tibbi müayinə sənədləri başqa dildə danışan həkimlər tərəfindən aydın başa düşüləcək formada tərcümə olunacaq.

Tibbi tərcümənin çətinlikləri

Daxil olan analizlər, müayinə sənədləri, epikrizlər və digər tibbi sənədlərin tərcüməsi çox vaxt oxunulması çətin olan fayllar üzərində aparılır. Pis sürəti çıxarılmış (skan olunmuş) və ya şəkli çəkilmiş sənədləri tərcümə etmək bacarıq tələb edir. Bütün bu çətinliklərə baxmayaraq tibbi tərcüməçilərimiz hər zaman öhdəsindən layiqincə gəliblər.  

Etdiyimiz tibbi tərcümələrin nümunələri ilə burda tanış ola bilərsiz. 

Xidmət göstərdiyimiz ərazi: Azərbaycan, Dünya ölkələri
Xidmət təminatçısı: Tərcüman Tərcümə Mərkəzi
Sifarişlərin qəbulu: 7/24
Ödəniş valyutası: AZN, USD
Ödəniş forması: Bank köçürmə, MilliÖn, E-Manat, ExpressPay, Kassam.AZ, E-pul və dünyanın istənilən yerindən onlayn ödənişlə
Telefon: +99455 918 60 14

WhatsApp: +99455 918 60 14
Elektron poçt: info@tercuman.az

Tərcümə qiymətləri mətnin qəlizliyindən asılı olaraq populyar dillər (ingilis, rus, azərbaycan, türk) üzrə 1 səhifə (300 söz) 8-12 AZN qiymətləndirilir. Mətnin həcmi böyük olduqca əlavə endirim edilir. Daimi müştərilərə xususi endirimlər var. 

Digər dillər üzrə qiymətlər nisbətən fərqlidir. Tərcümə sifarişi zamanı əlavə işlər olarsa (məsələn pdf çevirmə, əlyazmadan tərcümə, mətnin saytlardan köçürülməsi və s.) qiymətə əlavələr hesablana bilər. 

Ödənişi bank köçürmə və ya dünyanın istənilən yerindən onlayn qaydada edə bilərsiz. Həmçinin MilliÖn, E-Manat, ExpressPay, Kassam.AZ, E-pul ilədə ödəniş mümkündür.

Sifariş göndər