
Türk dili haqqında
Türk dili və ya Türkcə — Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi dövlət dilidir. Altay dilləri qrupunun türk dilləri qoluna aid edilir və digər türk dilləri ilə qarışdırılmaması üçün alternativ adlandırma kimi türkologiyada Türkiyə türkcəsi adı ilə tanınır. Eyni köklərə mənsub olduğumuz üçün Azərbaycan dilinə çox yaxındır. Təqribən 438 söz və şəkilçidə fərq vardır. Hər bir Türkiyəli ilə Azərbaycanlı danışıq zamanı bir birini rahatlıqla başa düşür. Lakin dillərimizin bu qədər yaxın olmasına baxmayaq sənədlərin tərcüməsi bu qədər sadə olmur. Fərqli əlifba, fərqli qramatik qaydalar, fərqli sosial və ictimai mühit sənədlərin peşəkar tərcüməsi zərurətini yaradır. Hazırda Türkiyə ilə geniş işgüzar, ictimai və siyasi əlaqələrimizin olduğunu nəzərə alsaq sənədlərin tərcüməsi xidmətinə böyük tələbatın yarandığını görərik.
Türk dili tərcümə xidmətlərimiz
Şirkətimiz türk – azərbaycan, türk – rus və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsi yüksək peşəkarlıq tələb edən iş sayılır. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.
Texniki, tibbi, hüquqi, maliyə, elmi tərcümə və kitabların tərcüməsi əsas prioritetimizdir. Digər prioritet xidmətimiz saytların və digər internet resursların tərcüməsi, məzmunların yerləşdirilməsi, eyni zamanda müxtəlif dillərdə unikal məzmunların yaradılması və məqalə yazarlığıdır.
Etdiyimiz tərcümələrin nümunələri ilə burda tanış ola bilərsiz.