SEO xidməti

SEO xidməti və ya SEO xidmeti axtararaq bu səhifəyə çıxmısızsa deməli çox ŞANSLISIZ! Yox əgər menyudan və ya saytın başqa səhifəsindən keçmisizsə onda Google üzərindən bu ifadələri axtarın:
– SEO xidməti;
– SEO xidmeti;
– SEO nədir;
– SEO xidmətləri;
– SEO xidmetleri.

İlk səhifənin bir yerlərində saytımızı görəcəksiz. Bu nə deməkdir? Səbr edin və biraz oxuyun biləcəksiz. Əsas odur ki, bu xidməti nə üçün axtardığınızın əsaslı bir məqsədiniz olsun. SEO nədir sualının cavabını bu qədər sadə izahını çətinki taparsız. 

Daha çox xidmət və ya məhsul satmaq üçün SEO xidməti axtarırsız?

Bu sualın cavabı “BƏLİ” olacaqsa oxumağa davam edin. Başqa məqsədlər də ola bilər. Məsələn şirkəti tanıtmaq, bloquna daha çox oxucu cəlb etmək və s.

İlk növbədə ŞANS məsələsini açıqlayaq

Google və ya Yandex axtarış sistemləri üzərindən “SEO xidməti”, “SEO xidmeti” axtararaq ilk səhifədə saytımızı görüb daxil olmusuz. Bəlkədə “SEO xidmətləri” və ya “SEO xidmetleri”, “SEO xidməti axtarıram” axtararkən ilk səhifədə rast gələrək bu səhifəyə çıxmısız. Fərq etməz, əsas odur axtardığınızı necə tapdığınıza diqqət edin və seçəcəyiniz şirkəti buna görə seçin.
SEO xidmətini axtararkən bu səhifəni birinci səhifədə görərək daxil olmusuz. Bu nədir? Nəticənin özü. Bu xidməti təklif edən biri öz xidmətini axtarışda ilk səhifəyə çıxara bilmirsə ondan başqa sayta nə fayda olacaq? Heç nə!

Sayımızın hər tərəfini niyə SEO xidmətləri ilə bəzəmirik?

SEO xidmətləri təklif edən başqa saytlara da baxmısız yəqinki. Saytın hər yerindən SEO xidməti ilə bağlı bər-bəzək və bəy tərifləri yağırdı? Biz birinci, Bakıda SEO xidməti ən yaxşı bizdə, bizdən bir dənədir, axtarışda ilk səhifəyə sizi çıxararıq, filan, filan, filan. Və ya anlamını çoxda bilmədiyiniz analitik data, semantik nüvə, kontent belə gəldi, schema elə getdi ifadələri ilə dolu idi? Bəs bizdə niyə yoxdur bu yazılar, bəzəklər? Axı nə ehtiyac var, zatən bizi axtarışdan tapmısız. Minlərlə rəqibin içində ilk səhifəyə çıxmışıq.

SEO xidməti axtarışı nəticələri

SEO xidməti üzrə axtarış nəticələri

25200 ədədi hər gün dəyişən rəqiblərin sayıdır. Dırnaq işarəsi ifadənin unikal axtarışını təmin edir.

SEO nədir sualı sizi də çox maraqlandırır?

SEO nədir internetdə çox axtarılan suallardan biridir. Bu sual sizi də maraqlandırırsa ardını oxuyun. SEO işinin nə işə yaradığını daha yaxşı anlayacaqsız.

Sualın bir cavabı var – daha çox qazanmaq

Sizə SEO nədir sualının cavabını öyrənmək lazımdır, yoxsa daha çox qazanmaq?
SEO xidmətinə hər cür bəzək, cürbəcür məntiqli, məntiqsiz anlamlar yazıla bilər. Amma məqsəd bunlardan kənara çıxmır:
– İnternetdə daha çox görünmək
– Sayta daha çox istifadəçi cəlb etmək
– Məhsul və xidmətləri daha çox insana çatdırmaq
– Daha çox satmaq – Daha çox QAZANMAQ!
Satdığınızın nə olduğunun önəmi yoxdur: məişət texnikası, telefon, uşaq bezi, informasiya, təmizlik xidməti və ya Sədərəkdə kişi kostyumu. Məqsədin son halqası – daha çox QAZANMAQ!

SEO xidmətləri sadəcə saytda aparılmır

Müştərilər elə düşünürlər ki, SEO işi sadəcə sayt üzərində aparılır. Bu tamamilə yanlış fikirdir. Bu əslində müxtəlif işlərin komleks məcmusudur. Daha çox istifadəçi – daha çox müştəri – daha çox QAZANC xəttini hədəf götürməklə sayt, sayta bağlı sosial şəbəkə səhifələri, Google Business, bloq və s. üzərində aparılır.

SEO xidmətlərinin əsası əslində şirkət (mağaza, obyekt, şəxs, xəstəxana və s.) haqqında axtarış sistemlərinə daha dolğun, daha düzgün və təsdiqlənə biləcək məlumatların verilməsidir. Bu məlumatlar məzmun, texniki işlər, kodlaşdırılma və s. metodlarla edilir. Məlumatlarınız doğru hazırlanaraq verilibsə, saytınız tələblərə cavab verirsə üst yerlərin sizin olması qaçılmazdır. 

Sizin də şirkət haqqında axtarış motorlarına bu qədər dolğun və dəqiq məlumat verilirmi? Hamısı yaşıldırmı?

SEO xidmətinin dəyərini anlamaq

Şirkətinizin saytına bu xidməti almazdan əvvəl nə üçün vacib olduğunu anlamaq üçün oxumağa davam edin.

Heç duymadığınız bir nümunə

İnterneti bir kənara qoyaq. Canlı bazardan nümunə çəkək. Hesab edək Sədərəkdə paltar satan bir dükanınız var. Dükan harda olsa daha çox satar? Əlbətdəki insan axının daha çox olduğu giriş hissələrə yaxın yerdə. İnternetdə girişə yaxın yer axtarış nəticələrinin ilk səhifəsi və ilk səhifədə ilk yerlərdir. Yəni internet bazarının qapısı Google və Yandex-in qapısının – axtarış pəncərəsinin ağzıdır.
Dükanın qarşısından keçənlərin dükana girmələrini təmin etmək üçün nə lazımdır? Dükanın insanları cəlb edəcək görünüşü, vitrində olan cəlbedici sözlər, ifadələr. Bu nəyə bənzəyir? Axtarışda saytınızın başlığını görənləri cəlb edəcək diqqətçəkən, müştəriyə gəl-gəl deyəcək başlıqlar və açıqlama mətnləri.

Daha çox satmaq üçün bu dukan daha nələri nəzərə almalıdr?

SEO xidmeti ilə daha çox qazanmaq mümkündür

Bunun üçün vitrində gördüyü kəlmələrə, bər-bəzəyə uyaraq dükana daxil olan şəxs axtardığını qısa zaman ərzində tapmalıdır. Tapmasa dərhal çıxacaq və birdə gəlməyəcək. Bunun adı – KONVERSİYADIR!
SEO tamda bu cürdür. Axtarışdan cəlb edilərək saytın səhifəsinə daxil olan şəxs axtardığını tapmasa saytdan çıxacaq və birdə girməyəcək. Sizə canlı bir nümunə:
Google üzərindən aylıq axtarışı ortalama 400 dəfədən çox olan “Cox ucuz telefonlar” ifadəsini axtarın. İlk sırada olan saytlara daxil olanda nə gördünüz? Vakansiyalar, yoxsa əmlak satışı?
İlk sırada olan ən azı 10 sayta daxil olacaqsız, amma axtardığınızı bilavasitə görməyəcəksiz. Bu nəyə bənzəyir? Dükanın üzərində 100 manata Türkiyə kostyumları ifadəsini oxuyub dükana girmisiz, amma dükanda Çin malı, həmdə ən ucuzunun 250 manat olduğunu görürsüz.

Konversiya ilə uyğunlaşdırılmadan SEO xidməti çoxda bir işə yaramır

Saytı axtarışda ilk səhifəyə çıxarmaq nümunədən gördüyünüz kimi heçdə nəticənin hamısı deyil. Bütün elementlər uyğunlaşdırılmadan hətta saytınıza ziyan vurmuş olacaqsınız. Çünki sayta daxil olan istifadəçi qısa müddətdə səhifəni tərk edirsə axtarış sistemləri bunu mənfi hal kimi qeydə alırlar. Bu da saytın axtarış sıralanmasında reytinqini aşağı salır.

Yəqinki dəfələrlə rastlaşmısız. Google-da nə isə axtarırsız, ilk sıralarda qarşınıza çıxan səhifələrə daxil olursuz və başqa bir şeylərlə rastlaşırsız. SEO xidməti təklif edən şirkət və şəxslər satış, konversiya, marketinq kimi sahələri anlamırlarsa görülən işin nəticələridə hər zaman zəif olur.
Bura qədər oxuyaraq gəlmisizsə ilk növbədə təşəkkür edirik və dəyərli vaxtınızı sərf etdiyinizə görə üzr istəyirik.

Sizə SEO xidməti – Konversiya – Daha çox istifadəçinin cəlb edilməsi – Satış – Daha çox qazanc sxemi üzrə çalışacaq bir xidmət lazımdırsa buyurun əlaqə saxlayın, sualllarınızıda istədiyiniz qədər verin.

İki formada SEO xidməti təklif edirik

İlk növbədə saytınızı, satdığınız xidmət və ya məhsulu, eyni zamanda bazarı təhlil edirik. Rəqabətin hansı səviyyədə olması işin əsas parametrlərindəndir. Rəqbət güclü olan məhsul və ya xidmətdirsə deməli işimiz daha çox olacaq. Kefinizi pozmaq istəmirik, amma qiymətdə bu zaman artacaq. Rəqabət zəifdirsə deməli sizi çoxda xərcə salmayacağıq. 

Təhlildən sonra hansı formada iş aparacağımızı təklif edə biləcəyik. 

1. Bir dəfəlik xidmət – 1 ay müddətində saytınızda bütün texniki, kodlaşma və məzmun ilə bağlı işləri görürük. Sonrakı aylarda nəticələri izləməkdə davam edirsiz.

2. Davamlı xidmət – 3 və ya 6 aylıq xidmət paketi təklif edirik. Hər ay nəticələri təhlil edib çatışmazlıqları aşkar edirik, daha çox nəticə əldə edilməsi üçün daha çox açar sözlə sayt səhifələrinin ilk sıralarda çıxmasını təmin edirik.

Ümid edirik ki, SEO nədir sualının cavabını tapdınız. SEO-nun nə işə yaradığını, xidmət və məhsul satışında nə qədər faydalı olduğunu anladınız. Əgər bu xidmət sizə lazımdırsa bizimlə əlaqə saxlayın. Ən yaxşısını edəcəyik demirik. Müştərinizi – Satışınızı – Qazancınızı artıracağıq deyirik. 

Xidmət göstərdiyimiz ərazi: Azərbaycan, Dünya ölkələri
Xidmət təminatçısı: Tərcüman Tərcümə Mərkəzi
Sifarişlərin qəbulu: 7/24
Ödəniş valyutası: AZN, USD
Ödəniş forması: Bank köçürmə, MilliÖn, E-Manat, ExpressPay, Kassam.AZ, E-pul və dünyanın istənilən yerindən onlayn ödənişlə
Telefon: +99455 918 60 14

WhatsApp: +99455 918 60 14
Elektron poçt: info@tercuman.az

SEO xidmətləri standart ölçülə bilməz. Hər bir sayt tipi, məhsul və xidmətə görə işin həcmi dəyişir. Siz məqsədinizi deyin ona uyğun qiymət çıxaraq. Məsələn: şirkətinizin iternet üzərindən satışını 20-30% artırmaq istəyirsiz.

Maksimum 1 gün ərzində saytınızı, məhsulunuzu və mövcud bazarı təhlil edib sizə ən uyğun qiyməti çıxaracağıq.

Ödənişi bank köçürmə və ya dünyanın istənilən yerindən onlayn qaydada edə bilərsiz. Həmçinin MilliÖn, E-Manat, ExpressPay, Kassam.AZ, E-pul ilədə ödəniş mümkündür.

Sifariş göndər