Tərcümə dilləri dedikdə sənədmətnləri tərcümə edə biləcəyimiz dillər nəzərdə tutulur. Şirkətimiz Avropa dilləri ilə yanaşı, Fars, Ərəb dilləri, həmçinin Orta Asiya və başqa şərq dillərinə tərcümə xidmətləri həyata keçirir. Saytların tərcüməsi də daxil olmaqla təklif etdiyimiz bütün xidmətləri aşağıda göstərilmiş bütün dillər üzrə həyata keçiririk.
Ingilis dili üzrə tərcümə

İngilis dili dünyada geniş yayılmış bir dil olaraq ən çox istifadə olunan dillər siyahısındadır. Hind-Avropa dillərinin german dillərinə aid olan bu dil doğma dil kimi 410 milyon insan daşıyıcısıdır və ikinci dil kimi 1 milyard insan danışır.

BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir.

Şirkətimiz ingilis – azərbaycan, ingilis – rus, ingilis – türk və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Hazırda ingilis dilini bilən insanların sayı çoxluq təşkil etsədə peşəkar tərcümə, xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsi yüksək peşəkarlıq tələb edən iş sayılır. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.

Rus dili üzrə tərcümə

Rus dili şərqi slavyan dillərindən biri, rus xalqının milli dili sayılır. Dünyanın ən çox yayılmış dillərindən biri kimi ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizinci yerdədir. Rusiya, Qazaxıstan, Qırğızıstanın rəsmi dili, Belarusun ikinci dövlət dilidir. Ən çox rus dilində vətəni olan Rusiyada danışılır.

Şirkətimiz rus – azərbaycan, rus – ingilis, rus – türk və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Hazırda ölkəmizdə rus dilini bilən insanların sayı çoxluq təşkil etsədə peşəkar tərcümə, xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsi yüksək peşəkarlıq tələb edən iş sayılır. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.
Türk dili üzrə tərcümə

Türk dili və ya Türkcə — Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi dövlət dilidir. Altay dilləri qrupunun türk dilləri qoluna aid edilir və digər türk dilləri ilə qarışdırılmaması üçün alternativ adlandırma kimi türkologiyada Türkiyə türkcəsi adı ilə tanınır. Eyni köklərə mənsub olduğumuz üçün Azərbaycan dilinə çox yaxındır, təqribən 438 söz və şəkilçidə fərq vardır. Hər bir Türkiyəli ilə Azərbaycanlı danışıq zamanı bir birini rahatlıqla başa düşür. Lakin dillərimizin bu qədər yaxın olmasına baxmayaq sənədlərin tərcüməsi bu qədər sadə olmur. Fərqli əlifba, fərqli qramatik qaydalar, fərqli sosial və ictimai mühit sənədlərin peşəkar tərcüməsi zərurətini yaradır. Hazırda Türkiyə ilə geniş işgüzar, ictimai və siyasi əlaqələrimizin olduğunu nəzərə alsaq sənədlərin tərcüməsi xidmətinə böyük tələbatın yarandığını görərik.

Şirkətimiz türk – azərbaycan, türk – rus və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsi yüksək peşəkarlıq tələb edən iş sayılır. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.
Alman dili üzrə tərcümə

Alman dili hind-avropa dilləri ailəsinin german dilləri qrupuna daxil olaraq almanların, avstriyalıların, lixtenşteynlilərin, eləcə də isveçrəlilərin çoxunun doğma dili, Almaniyanın, Avstriyanın, Lixtenşteynin rəsmi dövlət dili, İsveçrənin, Lüksemburqun və Belçikanın rəsmi dövlət dillərindən biridir.

Alman dili çin, ərəb, hindi, ingilis, ispan, benqal, portuqal, rus və yapon dillərindən sonra dünyada ən çox yayılmış dildir. Bu dil Avropa Birliyinin rəsmi və işçi dillərindən biridir.

Şirkətimiz alman – azərbaycan, alman – rus və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Hazırda ölkəmizlə Almaniya arasında geniş əlaqələrin olması peşəkar tərcümə tələb edən, xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsini zəruri edir. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.

Fransız dili üzrə tərcümə

Fransız dili Hint-Avropa dil ailəsinin Roman dilləri altqrupuna aid olaraq fransızların, Belçikanın, İsveçrənin (əsasən Romandiyanın fransızdilli hissəsində), Kanadanın fransızdilli əhalisinin əsas danışıq dilidir. Dünyada təxmini olaraq 200 milyon insan Fransızca danışa bilir. 128 milyon insan Fransızcanı ana dili və ya ikinci dili olarak danışır, 54 ölkədə 72 milyon insan tərəfindən də bilinməkdə və danışılmaqdadır. Başda Fransa olmaq üzrə Kanada, Belçika, İsveçrə, Afrika, Lüksemburq və Monako və daha bir çox ölkədə danışılır. Şirkətimiz fransız – azərbaycan, fransız – rus və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Hazırda ölkəmizlə Fransa arasında geniş əlaqələrin olması peşəkar tərcümə tələb edən, xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsini zəruri edir. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.

Fars dili üzrə tərcümə

Fars dili Hind-Avropa dil ailəsinin İran dilləri qrupuna daxil olaraq ən qədim dillərdən biridir. İran İslam Respublikası, Əfqanıstan, Tacikistan kimi ölkələrdə rəsmi dil sayılır. Tacikistan və Əfqanıstandakı puştu və dəri dilləri ilə fars dili həddindən artıq çox bənzərliyə malikdir və ortaq leksika ilə asanlıqla başa düşülür. Eyni zamanda Özbəkistan‚ Türkmənistan və Pakistanda da bu dildə danışan etnik qruplar vardır. Ana dili kimi 60 milyondan çox‚ ikinci dil kimi isə təxmini 53 milyon insan tərəfindən istifadə olunur. Tarixi yaxınlıq və qonşuluq baxımından fars dili Azərbaycanda istifadə olunan tərcümə dilləri içində mühüm yer tutur. Şirkətimiz fars – azərbaycan, fars – rus və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Ölkəmizlə İran arasında olan geniş ictimai, soyasi və işgüzar əlaqələrlə bağlı peşəkar tərcümə xidmətlərinə, xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsi, görüşlər, tədbirlər zamanı ardıcıl və sinxron tərcüməyə hər zaman ehtiyac duyulur. Sənədlərinizin tərcüməsini və digər tərcümə işlərinizi hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.

Ərəb dili üzrə tərcümə

Ərəb dili Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur. Bunlar bir-birlərindən və habelə ədəbi dildən ciddi şəkildə fərqləndiyi üçün müxtəlif ölkə ərəblərinin bir-birini anlamaması, müvafiq hazırlığı olmayan ərəblərin isə çox zaman ədəbi dili başa düşməməsi adi hal hesab edilir.

Şirkətimiz italyan – azərbaycan, italyan – rus və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Hazırda ölkəmizlə İtalya arasında geniş əlaqələrin olması peşəkar tərcümə tələb edən, xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsini zəruri edir. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.
İspan dili üzrə tərcümə

İspan dili dünyada ən çox danışılan üçüncü danışıq dilidir. Dilin yayılma coğrafiyası əsasən Cənub-qərbi Avropa və Şimali-Cənubi Amerika qitələri üzrədir. Təxmini hesablamalara görə yer üzərində 500.000.000a yaxın insan ispanca bilir, yazır və danışır. Eyni zamanda İspan dili bir çox ölkədə rəsmi əsas dövlət dili, bəzi dövlətlərdə isə ikinci dövlət dili olaraq qəbul edilmişdir. İspaniya, Kuba, Argentina, Kolumbiya, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Peru, Meksika, Uruqvay və bəzi Afrika dövlətlətlərini qeyd etmək olar.

Şirkətimiz ispan – azərbaycan və azərbaycan – ispan dilləri istiqamətdə tərcümə xidmətləri təklif edir. İspan dili üçüncü dünya dili kimi son dövrlərdə ölkəmizdə populyarlaşır. Yeni biznes və ictimai əlaqələr bu dil üzrə tərcümə xidmətlərinə ehtiyac yaradır. Xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsini zəruri edir. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.
İtalyan dili Hind-Avropa dillərinə aid olaraq İtaliya, San-Marino, Vatikan və İsveçrənin dövlət dilidir. Sloveniya və Xorvatiyanın əsasən italyan mənşəli vətəndaşların məskunlaşdığı bölgələrində ikinci rəsmi dil elan edilmişdir. Şirkətimiz italyan – azərbaycan, italyan – rus və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Hazırda ölkəmizlə İtalya arasında geniş əlaqələrin olması peşəkar tərcümə tələb edən, xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsini zəruri edir. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.