İtalyan dili tərcümə xidməti

İtalyan dili haqqında

İtalyan dili Avropa dillərinə aiddir. İtaliya, San-Marino, Vatikan və İsveçrənin dövlət dilidir. Sloveniya və Xorvatiyanın əsasən italyan mənşəli vətəndaşların məskunlaşdığı bölgələrində ikinci rəsmi dil elan edilmişdir. 

İtalyan dili, Roman dilləri arasında Latın dilinə ən sadiq qalmış dil sayılır və buna görə də “Müasir Latın” adlanır. Digər Roman dilləri ilə (Fransız, İspan, Portuqal, Rumıniya, Katalan kimi) böyük oxşarlıqları var. İtalyan dilini yaxşı bilən insan qısa bir müddətdə digər Roman dillərini də öyrənə bilər.

İtalyan dili tərcümə xidmətlərimiz

Şirkətimiz italyan – azərbaycan, italyan – rus və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Hazırda ölkəmizlə İtalya arasında geniş əlaqələrin olması peşəkar tərcümə tələb edən, xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsini zəruri edir. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.

Texnikitibbihüquqimaliyəelmi tərcümə və kitabların tərcüməsi əsas prioritetimizdir. Digər prioritet xidmətimiz saytların və digər internet resursların tərcüməsi, məzmunların yerləşdirilməsi, eyni zamanda müxtəlif dillərdə unikal məzmunların yaradılması və məqalə yazarlığıdır.

Etdiyimiz tərcümələrin nümunələri ilə burda tanış ola bilərsiz.

Sifariş göndər