fars dilinə tərcümə - sənədlərin tərcüməsi

Fars dili

Fərs dili üzrə tərcümə

Fars dili Hind-Avropa dil ailəsinin İran dilləri qrupuna daxil olaraq ən qədim dillərdən biridir. İran İslam Respublikası, Əfqanıstan, Tacikistan kimi ölkələrdə rəsmi dil sayılır. Tacikistan və Əfqanıstandakı puştu və dəri dilləri ilə fars dili həddindən artıq çox bənzərliyə malikdir və ortaq leksika ilə asanlıqla başa düşülür. Eyni zamanda Özbəkistan‚ Türkmənistan və Pakistanda da bu dildə danışan etnik qruplar vardır. Ana dili kimi 60 milyondan çox‚ ikinci dil kimi isə təxmini 53 milyon insan tərəfindən istifadə olunur.
Tarixi yaxınlıq və qonşuluq baxımından fars dili Azərbaycanda istifadə olunan tərcümə dilləri içində mühüm yer tutur. Şirkətimiz fars – azərbaycan, fars – rus və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Ölkəmizlə İran arasında olan geniş ictimai, soyasi və işgüzar əlaqələrlə bağlı peşəkar tərcümə xidmətlərinə, xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsi, görüşlər, tədbirlər zamanı ardıcıl və sinxron tərcüməyə hər zaman ehtiyac duyulur. Sənədlərinizin tərcüməsini və digər tərcümə işlərinizi hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.
Şirkətimiz eyni zamanda bələdçilik: fars dilində tərcüməçi – bələdçi, tərcüməçi – ekskursovod xidmətlərini təklif edir.