İspan dili haqqında
İspan dili dünyada ən çox danışılan üçüncü danışıq dilidir. Dilin yayılma coğrafiyası əsasən Cənub-qərbi Avropa və Şimali-Cənubi Amerika qitələri üzrədir. Təxmini hesablamalara görə yer üzərində 500.000.000a yaxın insan ispanca bilir, yazır və danışır. Eyni zamanda İspan dili bir çox ölkədə rəsmi əsas dövlət dili, bəzi dövlətlərdə isə ikinci dövlət dili olaraq qəbul edilmişdir. İspaniya, Kuba, Argentina, Kolumbiya, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Peru, Meksika, Uruqvay və bəzi Afrika dövlətlətlərini qeyd etmək olar.
İspan dili tərcümə xidmətlərimiz
Şirkətimiz ispan – azərbaycan və azərbaycan – ispan dilləri istiqamətdə tərcümə xidmətləri təklif edir. İspan dili üçüncü dünya dili kimi son dövrlərdə ölkəmizdə populyarlaşır. Yeni biznes və ictimai əlaqələr bu dil üzrə tərcümə xidmətlərinə ehtiyac yaradır. Xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsini zəruri edir. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.
Texniki, tibbi, hüquqi, maliyə, elmi tərcümə və kitabların tərcüməsi əsas prioritetimizdir. Digər prioritet xidmətimiz saytların və digər internet resursların tərcüməsi, məzmunların yerləşdirilməsi, eyni zamanda müxtəlif dillərdə unikal məzmunların yaradılması və məqalə yazarlığıdır.
Etdiyimiz tərcümələrin nümunələri ilə burda tanış ola bilərsiz.