Fars dili haqqında
Fars dili Hind-Avropa dil ailəsinin İran dilləri qrupuna daxil olaraq qədim dillərdən biridir. İran İslam Respublikası, Əfqanıstan, Tacikistan kimi ölkələrdə rəsmi dil sayılır. Tacikistan və Əfqanıstandakı puştu və dəri dilləri ilə fars dili həddindən artıq çox bənzərliyə malikdir. Ortaq leksika ilə asanlıqla bir birlərini başa düşürlər. Eyni zamanda Özbəkistan‚ Türkmənistan və Pakistanda da bu dildə danışan etnik qruplar vardır. Ana dili kimi 60 milyondan çox‚ ikinci dil kimi isə təxmini 53 milyon insan tərəfindən istifadə olunur. Tarixi yaxınlıq və qonşuluq baxımından fars dili Azərbaycanda istifadə olunan tərcümə dilləri içində mühüm yer tutur.
Fars dili tərcümə xidmətlərimiz
Şirkətimiz fars – azərbaycan, fars – rus və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Ölkəmizlə İran arasında geniş ictimai, siyasi və işgüzar əlaqələrlə bağlı peşəkar tərcüməyə ehtiyac duyulur. Xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsi vacibdir. Görüşlər, tədbirlər zamanı ardıcıl və sinxron tərcüməyə hər zaman ehtiyac duyulur.
Sənədlərinizin tərcüməsini və digər tərcümə işlərinizi hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.
Texniki, tibbi, hüquqi, maliyə, elmi tərcümə və kitabların tərcüməsi əsas prioritetimizdir. Digər prioritet xidmətimiz saytların və digər internet resursların tərcüməsi, məzmunların yerləşdirilməsi, eyni zamanda müxtəlif dillərdə unikal məzmunların yaradılması və məqalə yazarlığıdır.
Etdiyimiz tərcümələrin nümunələri ilə burda tanış ola bilərsiz.