Ukrayna dili haqqında
Ukrayna dili Ukrayna dövlətinin rəsmi dövlət dili olmaqla Slavyan dillərinin şərqi slavyan dilləri yarımqrupuna daxil olan bir dildir. Rus və belarus dillərinə yaxındır. Dünyada 45 milyon insanın Ukrayna dilində danışdığı təhmin edilir. Bu insanların əksəriyyəti Ukrayna dövlətində yaşayır, Ukrayna qızları dünyada ən gözəl qızlardan sayılır.
Ukraynalıların ümumiyyətlə kompakt məskunlaşdıqları bir sıra Mərkəzi və Şərqi Avropanın bir sıra ölkələrində (Polşa, Slovakiya, Serbiya, Rumıniya, Xorvatiya və Bosniya və Herseqovina) Ukraynalı azlıqların dili və ya regional dil statusuna malikdir. Ukraynda təxmini hesablamara görə 300 min azərbaycanlı yaşayır.
Ukrayna dili tərcümə xidmətlərimiz
Rusiyadan sonra Ukrayna Azərbaycanın ən çox iqtisadi və ictimai əlaqələrinin olduğu ölkədir. Bu ölkə ilə böyük ticari dövriyyəmiz var, yüzlərlə tələbələrimiz Ukraynada təhsil alırlar.
Şirkətimiz ukrayna dilindən azərbaycan dilinə, rus dilinə, ingilis dilinə, türk dilinə və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Ölkəmizdə ukrayna dili üzrə tərcüməyə tələbat zamanla artır. Xüsusəndə yüksək peşəkarlıq tələb edən texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsi üçün müraciətlər olur.
Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, Ukraynalı partnyorlarınız və yerli müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz
Texniki, tibbi, hüquqi, maliyə, elmi tərcümə və kitabların tərcüməsi əsas prioritetimizdir. Digər prioritet xidmətimiz saytların və digər internet resursların tərcüməsi, məzmunların yerləşdirilməsi, eyni zamanda müxtəlif dillərdə unikal məzmunların yaradılması və məqalə yazarlığıdır.
Etdiyimiz tərcümələrin nümunələri ilə burda tanış ola bilərsiz.