Türk dili tərcümə, türk dilinə sənədlərin tərcüməsi

Türk dili

Türk dili üzrə tərcümə

Türk dili və ya Türkcə — Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi dövlət dilidir. Altay dilləri qrupunun türk dilləri qoluna aid edilir və digər türk dilləri ilə qarışdırılmaması üçün alternativ adlandırma kimi türkologiyada Türkiyə türkcəsi adı ilə tanınır. Eyni köklərə mənsub olduğumuz üçün Azərbaycan dilinə çox yaxındır, təqribən 438 söz və şəkilçidə fərq vardır.
Hər bir Türkiyəli ilə Azərbaycanlı danışıq zamanı bir birini rahatlıqla başa düşür. Lakin dillərimizin bu qədər yaxın olmasına baxmayaq sənədlərin tərcüməsi bu qədər sadə olmur. Fərqli əlifba, fərqli qramatik qaydalar, fərqli sosial və ictimai mühit sənədlərin peşəkar tərcüməsi zərurətini yaradır. Hazırda Türkiyə ilə geniş işgüzar, ictimai və siyasi əlaqələrimizin olduğunu nəzərə alsaq sənədlərin tərcüməsi xidmətinə böyük tələbatın yarandığını görərik.
Şirkətimiz türk – azərbaycan, türk – rus və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsi yüksək peşəkarlıq tələb edən iş sayılır. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.
Şirkətimiz eyni zamanda bələdçilik: türk dilində tərcüməçi – bələdçi, tərcüməçi – ekskursovod xidmətlərini təklif edir.