Tercume merkezi və yaxud Tərcümə Mərkəzi? Siz necə axtarırsız?
Tercume merkezi axtaranlar
İnsanlar niyə “Tercume merkezi” yazaraq axtarır?
İnternetin sürətli inkişafı insanlara axtardıqları məlumatı daha tez və oturduğu yerdən tapmaq kimi bir fürsət vermişdir. Lazım olan əksər məlumatları bir kliklə telefonumuz və ya kompüterimiz vasitəsi ilə tapa bilirik. Elmi araşdırma üçün kitabxanada qalın cildli kitabları oxumağa belə bəzən ehtiyac qalmır. Lakin hər birimiz axtarmağı bacarırıqmı? Doğru yerdə və ya doğru qaydada axtara bilirikmi?
İlk axtarış sistemləri Azərbaycanda
İlk axtarış sistemlərinin Azərbaycanda əlçatan olduğu dövrlərdə əksər telefonlarda azərbaycan dilində şriftlər yox idi. Kompüterlərdə belə Azərbaycan şriftləri (hərfləri) hələ doğru düzgün formalaşmamışdı. Ona görə də internet istifadəçiləri “ə” əvəzinə “e”, “ş” əvəzinə “s” və ya “sh” və digər əvəzetmələrdən istifadə edirdilər. Zamanla milli şriftlər yarandı, inkişaf etdi. İnformasiya texnologiyalarında da tətbiq olunmağa başladı. Amma yaranmış vərdişlər belə asan şəkildə unudulmur. Artıq demək olar ki, bütün telefon və kompüterlərdə milli şriftlər var. Amma hələdə bir çox insanlar köhnə qayda ilə yazırlar və bunu hər yerdə edirlər. Hətta bu gün belə “ü” əvəzinə “u” belə deyil, “w” yazanlar var.
Yazdıqları ismarıclarda, məktublarda, axtarış sistemlərində nə isə axtararkən, sosial şəbəkələrdə yazdıqları rəy və postlarda və daha başqa bir çox yerlərdə. Bunun nəticəsidir ki, “Tərcümə mərkəzi” axtarmaq üçün “Tercume merkezi” yazanları görürük.
Təsir edən digər səbəblər və mövcud durum
Telefon operatorlarının göndərdiyi SMS-lərdə spesifik milli şriftlərdən istifadə olunmaması bu vəziyyətə ciddi şəkildə mənfi təsir göstərir. Bu vəziyyət bəzi insanlarda “bu belə olmalıdır, “ə” əvəzinə “e” yazmaq lazımdır” kimi fikirləri oyadır. Digər səbəb isə adət olunmuş vərdişlərdən kənara çıxa bilməmək xüsiyyəti. Amma zamanla insanlar spesifik milli şriftlərdən istifadə etməyə başlayırlar. Axtarış sistemlərində açar söz təhlillərində bu az da olsa nəzərə çarpır. Məsələn, aşağıdakı qrafikdən görürük ki, son 4 ildə Google üzərindən nəqliyyat sözünün “neqliyyat” yazılış forması axtarışda azalmağa, “nəqliyyat” forması ilə isə çoxalmağa başlayıb.

“Tercume merkezi” yazanlar da nisbətən azalmaqdadır və “Tərcümə mərkəzi” yazaraq axtaranlar artmaqda. Belə bir çox misallar çəkmək olar.

Tercume merkezi və ya Tərcümə mərkəzi – əhəmiyyəti nədir?
Tercume merkezi və ya Tərcümə mərkəzi – intrenetdə necə axtarmağın əhəmiyyəti nədir? Ehtimal ki, oxuduqca bu sual sizin də ağlınıza gəldi.
Sözlərin və ifadələrin yazılışının əhəmiyyəti
Bu məsələ internet resursları üzərindən öz xidmətini və ya məhsulunu təbliğ edən və satanlar üçün çox əhəmiyyət daşıyır. İstər saytlar üzərindən, istərsədə sosial şəbəkələr üzərindən satış etmək üçün başlıqları, məzmunları necə yazmağımız çox əhəmiyyət daşıyır.
Tercume merkezi yazanlar və yazmayanlar
İnternet üzərindən axtarış edən istifadəçiləri 2 qrupa bölmək olar. Məhsul və xidmətlərin adlarını düzgün yazaraq axtaranlar və spesifik hərfləri əvəz edərək yazanlar. Əlbətdə ki, nə axtaracaqsa onu da tapacaq. Etik baxımından və eyni zamanda AR Dövlət Dili haqqında Qanunun tələblərinə görə məzmunlarda orfoqrafik səhvlər olmamalı, sözlər təhrif olunmamalıdır. Xüsusəndə bu bir şirkətə məxsus saytdırsa.
Arzu olunmayan nəticələr
Bu məsələnin praktiki nəticələrinə baxaq. Məsələn: Mətbəx mebeli satan şirkət saytında “metbex mebeli” açar sözünə fokuslanmadığı üçün internet axtarışları üzərindən gələ biləcək potensial müştərilərin 30-40%-ni itirmiş olur.

Bu problem eyni zamanda tərcümə mərkəzlərini də əhatə edir. Tərcümə mərkəzi axararkən “tercume merkezi” yazaraq axtaranlar hardasa 50% təşkil edir. Bəs təhrif olunmuş sözlərlə axtarış edənlərdən yararlananlar kimlərdir? Heç bir şirkət və ya başqa formada sahibkarlıq formatı olmadan elan saytında elan verənlər, sosial şəbəkədə ala-babat səhifə yaradanlar. Acınacaqlı da olsa bu məsələdən qeyri-peşəkarlar daha çox yararlanır.
Problemin həll yolu
Hər problemin mütləq ən azı 1 həll yolu var. Bu problemin də həll yolu var, həmdə çox sayda. Əlbətdəki yuxarıda qeyd etdiyimiz kimi təhrif olunmuş sözlərə fokuslanmaq olar. Amma şirkət üçün, xüsusəndə özünə hörmət qoyan şirkət üçün internet platformalarında etik olmayan və qanunun tələblərini pozan formada məzmunlar yerləşdirmək heç də uyğun deyil.
Tərcüman Tərcümə Mərkəzi öz müştərilərinə bu problemin həll yollarını təklif edir. Əlbətdə ki, qanunların tələblərini pozmadan və etik olmayan üsullardan vaz keçməklə. İstənilən məhsul və xidmət üzrə saytınızın səhifələrini axtarış sistemlərində ilk səhifələrə çıxarmağın yolunu bilirik. Əgər bu məsələ sizi maraqlandırırsa bizə müraciət edə bilərsiz.





