İtalyan dili tərcümə xidməti

İtalyan dili tərcümə xidmətləri üzrə peşəkar tərcüməçilərlə çalışırıq. Ölkəmizlə İtaliya arasında iqtisadi əlaqələrin genişlənməsi italyan dilindən azərbaycan dilinə tərcümə xidmətinə tələbat yaratmışdır.

İtalyan dili üzrə tərcümə xidmətlərmiz

Avropa dillərindən biri olan italyan dili xüsusən qida, mebel sənayesi və bir çox texnologiya sahələrində geniş istifadə olunur. Genişlənən iqtisadi əlaqələr sayəsində italyan dilindən tərcümə (və əks istiqamətdə) üzrə sifarişlərmiz artmaqdadır. Bir çox böyük şirkətlərdən mütəmadi olaraq sifarişlər alırıq.

Azərbaycan dilindən italyan dilinə tərcümə də daxil olmaqla digər dil cütlükləri üzrə də tərcümə xidmətləri təklif edirik:

– rus dilindən italyan dilinə tərcümə ;
– italyan dilindən rus dilinə tərcümə;
– ingilis dilindən italyan dilinə tərcümə;
– italyan dilindən ingilis dilinə tərcümə;
– türk dilindən italyan dilinə tərcümə;
– italyan dilindən türk dilinə tərcümə.

Bu istiqamətlər üzrə peşəkar italyan dili tərcüməçilərimizin tərcümələrinə etibar edə bilərsiz.

İtalyan dili üzrə tərcümə sahələri

Texniki, tibbi, elmi sahələr də daxil olmaqla italyan dilində tərcümə ilə bağlı bütün sahələr üzrə xidmətlər təklif edirik. Saytların tərcüməsi də daxil olmaqla hazırda çox sayda istiqamətlər üzrə tərcümə sifarişləri icra olunmaqdadır. Yazılı tərcümə ilə yanaşı şifahi tərcümə xidməti də təkliflərimiz arasındadır.

Xüsusən də qida sənayesi ilə bağlı tərcüməçilərə daha çox ehtiyac yaranır. Ölkəmizə gətirilmiş avadanlıqların texniki sənədləri ilə bağlı dəfələrlə sifarişlər icra etmişik. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.

Texnikitibbihüquqimaliyəelmi tərcümə və kitabların tərcüməsi əsas prioritetimizdir. Digər prioritet xidmətimiz saytların və digər internet resursların tərcüməsi, məzmunların yerləşdirilməsi, eyni zamanda müxtəlif dillərdə unikal məzmunların yaradılması və məqalə yazarlığıdır.

Biraz da İtalyan dili haqqında

İtalyan dili Avropa dillərinə aiddir. İtaliya, San-Marino, Vatikan və İsveçrənin dövlət dilidir. Sloveniya və Xorvatiyanın əsasən italyan mənşəli vətəndaşların məskunlaşdığı bölgələrində ikinci rəsmi dil elan edilmişdir.

İtalyan dili, Roman dilləri arasında Latın dilinə ən sadiq qalmış dil sayılır və buna görə də “Müasir Latın” adlanır. Digər Roman dilləri ilə (Fransız, İspan, Portuqal, Rumıniya, Katalan kimi) böyük oxşarlıqları var. İtalyan dilini yaxşı bilən insan qısa bir müddətdə digər Roman dillərini də öyrənə bilər.

Etdiyimiz tərcümələrin nümunələri ilə burda tanış ola bilərsiz.

Sifariş göndər