Türk Azərbaycan tərcümə istiqaməti
Türk azərbaycan tərcümə istiqaməti populyar tərcümə istiqamətidir. Eyni zamanda azərbaycan dilindən türk dilinə tərcümə də geniş istifadə olunur.
Türk dili haqqında
Türkcə və ya Türk dili — Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi dövlət dilidir. Altay dilləri qrupunun türk dilləri qoluna aid edilir və digər türk dilləri ilə qarışdırılmaması üçün alternativ adlandırma kimi türkologiyada Türkiyə türkcəsi adı ilə tanınır. Eyni köklərə mənsub olduğumuz üçün Azərbaycan dilinə çox yaxındır. Təqribən 438 söz və şəkilçidə fərq vardır.
Hər bir Türkiyəli ilə Azərbaycanlı danışıq zamanı bir birini rahatlıqla başa düşür. Lakin dillərimizin bu qədər yaxın olmasına baxmayaq sənədlərin tərcüməsi bu qədər sadə olmur. Fərqli əlifba, fərqli qramatik qaydalar, fərqli sosial və ictimai mühit sənədlərin peşəkar tərcüməsi zərurətini yaradır. Hazırda Türkiyə ilə geniş işgüzar, ictimai və siyasi əlaqələrimizin olduğunu nəzərə alsaq sənədlərin tərcüməsi xidmətinə böyük tələbatın yarandığını görərik.
Türk dili tərcümə xidmətlərimiz
Tərcümələrimiz arasında türk dilindən azərbaycan dilinə tərcümə sifarişləri daha çox üstünlük təşkil edir. Türk dili üzrə tərcümə istiqaməti Türkiyə dövləti ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndikcə ciddi tələbata çevrilir. 2020-ci ildə baş vermiş Vətən Müharibəsi bu əlaqələri daha da genişləndirmişdir. İşğaldan azad olunmuş ərazilərimizdə türk şirkətləri tərəfindən tikinti-quraşdırma işlərinin geniş vüsət almışdır.
Tərcümə istiqamətləri
Şirkətimiz türk azərbaycan tərcümə istiqaməti ilə yanaşı türk – rus, türk – ingilis və əks istiqamətlərdə də tərcümə xidmətləri təklif edir. Texniki, hüquqi, tibbi, elmi və digər sənədlərin tərcüməsi yüksək peşəkarlıq tələb edən iş sayılır. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.
Tərcüməçilərimiz ən azı 10 il türk dilindən azərbaycan dilinə tərcümə təcrübəsi olan peşəkarlardır. Türk dilini bilmək hələ tərcüməçi ola bilmək deyildir. Müasir türk dilində istifadə edilməyə adət edilmiş hüquqi, texniki, elmi, tibbi terminləri bilmək hələ işin yarısıdır. Yazı üslubunu dərindən bilmək vacibdir. Edilmiş tərcümə bir Türkiyəli yazarın anlaya bilməyəcəyi qədər peşəkar olmalıdır.
Bəzən türk dili ilə fransız, ispan, italyan və digər dillər istiqaməti üzrə sifarişlər daxil olur. Bu bizim bacarmayacımız bir iş deyil. Türkiyəli partnyor tərcümə şirkətlərinin vasitə ilə bu sifarişlərin öhdəsindən qısa müddətdə gəlirik.
Tərcümə sahələri
Texniki, tibbi, hüquqi, maliyə, elmi tərcümə və kitabların tərcüməsi əsas prioritetimizdir. Digər prioritet xidmətimiz saytların və digər internet resursların tərcüməsi, məzmunların yerləşdirilməsi, eyni zamanda müxtəlif dillərdə unikal məzmunların yaradılması və məqalə yazarlığıdır.
Türk azərbaycan tərcümə istiqaməti əks istiqamətdə istənilən sahə üzrə tərcümələr icra edirik. Bunun üçün kifayət qədər potensialımız və texniki imkanlarımız var. İstənilən mövzu üzrə tərcümə işlərinizi bizə etibar edə bilərsiz.
Türk dili üzrə tərcümə istiqamətləri:
- Azərbaycan dilindən türk dilinə tərcümə
- Türk dilindən azərbaycan dilinə tərcümə
- Rus dilindən türk dilinə tərcümə
- Türk dilindən rus dilinə tərcümə
- Türk dilindən ingilis dilinə tərcümə
- İngilis dilindən türk dilinə tərcümə
- Türk dilindən ukrayna dilinə tərcümə
- Ukrayna dilindən Türk dilinə tərcümə
- və türk dilindən digər dillərə və əks istiqamətdə tərcümə
Etdiyimiz tərcümələrin nümunələri ilə burda tanış ola bilərsiz.