Peşəkar tərcümə xidməti
Azərbaycanda tərcümə şirkətləri arasında “Tərcüman” tərcümə mərkəzi peşəkar tərcümə xidməti göstərir.
Peşəkar tərcümə – bu həyata keçirilməsində xarici dildə danışan tərəfdaşlarla və ya müştərilərlə ünsiyyətə ehtiyac duyulan istənilən fəaliyyətdə uğurun təminatıdır. Peşəkar əvəzinə siz professional sözüdə işlədə bilərsiz. Dilimiz buna icazə verir.
Hüquqi, tibbi, elmi və texnilki sənədlərin peşəkar tərcüməsi müvafiq iş və xidmətlərin dəqiq və ixtisaslı icra olunması üçün zəmanətdir. “Tərcüman” Tərcümə Mərkəzində müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış tərcüməçilər çalışır və bu da bizə müxtəlif mövzularda tərcümələri qüsursuz yerinə yetirməyə imkan verir. Tibbi mövzular üzrə içində ali tibbi təhsili, texniki mövzular üzrə isə içində texniki ixtisaslar üzrə bakalavr dərəcəsi olan tərcüməçilərimizin olduğundan tam əmin ola bilərsiz.
Tərcümə şirkətləri arasında mərkəzimiz Azərbaycanda az istifadə olunan Orta Asiya, Şərqi Avropa dilləri üzrədə peşəkar tərcümə xidməti göstərir. Bundan başqa saytların tərcüməsi və məzmunla doldurulması, PDF və digər mürəkkəb formatlarda olan sənədlərin tərcüməsi və yenidən tərtib olunması, məlumatların toplanılması, unikal və SEO uyumlu mətnlərin, məqalələrin hazırlanması xidmətlərinidə göstərir.
Çox vaxt soruşulur: tələbələrləmi işləyirsiz? Ən gənc tərcüməçimizin 27 yaşı olduğunu əminliklə söyləyə bilərik.
Peşəkar tərcüməçi qeyri-peşəkar tərcüməçidən nə ilə fərqlənir?
- Çoxillik iş təcrübəsi: Peşəkar tərcüməçi ixtisaslı ali təhslini başa vurduqdan sonra tərcümə işi sahəsində ən azı 3 il iş təcrübəsi olmalıdır.
- İxtisaslaşma: Təcrübəli tərcüməçi, bir qayda olaraq, terminologiyasını sərbəst bildiyi bir sahədə ixtisaslaşır. Tərcümə sahəsində 5 ildən çox müddətə çalışan peşəkar tərcüməçilər müxtəlif tərcümə istiqamətlərində mütəxəssis ola bilərlər.
- Mükəmməl dərin bilik və əla yaddaş
- Xüsusi işgüzarlıq və qibtə ediləcək zəhmətsevərlik
- Yüksək ixtisaslı tərcümə bacarığı.
Tərcümə təsnifatından asılı olaraq tərcüməçiləri hər birinin özünə məxsus peşəkar bilikləri və şəxsi keyfiyyətləri olan sinxron, şifahi və yazılı tərcüməçilərə bölmək olar:
- Sinxron tərcüməçi tərcümə dilində yüksək səviyyədə danışıq və düşünmə qabiliyyətinə malik olmalı, eləcədə dəqiq tələffüz etmə, sürətli cavab vermə, stresə qarşı yüksək dayanıqlılıq, istənilən vəziyyətdə diqqəti toplama qabiliyyətlərinə malik olmalıdır.
- Şifahi tərcüməçi ardıcıl tərcümə üzrə yaxşı biliklərə yiyələnməli, həmçinin ünsiyyətcil, müxtəlif insanlar ilə ümumi bir dil tapmaq bacarıqlarına və natiqlik məharətinə malik olmalıdır.
- Yazılı tərcüməçi ixtisaslaşmasından (texniki, hüquqi, tibbi, iqtisadi və s.) asılı olaraq müvafiq sahə üzrə terminoloji biliklərə malik olmalıdır. Dilin yazılı tərcümə formasını peşəkarcasına bacarmaq, yaxşı savadlılıq, əzmkarlıq, lüğətlərlə və internetlə işləmək bacarığı, araşdırmaçı olmaq, yüksək performans – bütün bunlar peşəkar tərcüməçiyə xas əlamətlərdir.