Notarial tərcümə təsdiq və şirkət möhürü ilə təsdiq üçün votsapa və ya e-poçta yazın. Apostil xidmətləri də mümkündür.
Notarial tərcümə təsdiq ilə bağlı şirkətimiz xidmətlər təklif edir. Tərcümə mərkəzləri vasitəsilə tərcümə edilmiş sənədlərin notarial qaydada təsdiqi, sənədin rəsmi hüquqi qüvvəyə malik olması üçün vacib bir xidmətdir. Bu xidmət, xarici dildə olan sənədlərin hüquqi təsdiqini təmin edir. Onların müxtəlif dövlət və ya beynəlxalq qurumlar tərəfindən qəbul edilməsini mümkün edir.
Notarial tərcümə nədir? Nə üçün lazımdır?
Notarial tərcümə, sənədlərin xarici dildən tərcümə edilərək notarius tərəfindən təsdiq olunması prosesidir. Bu təsdiq, tərcümənin düzgünlüyünü və sənədin orijinalına uyğun olduğunu təmin edir. Notarial tərcümə sənədlərin hüquqi qüvvəyə malik olmasını və beynəlxalq qurumlarda və ya dövlət orqanlarında tanınmasını təmin edir. Diplom, şəxsiyyət vəsiqəsi, pasport, nigah şəhadətnaməsi, doğum haqqında şəhadətnamə və digər mühüm sənədlərin rəsmi təsdiqi üçün notarial qaydada tərcümə tələb oluna bilər.
Tərcümə mərkəzləri notariat ofisləri və notariuslarla əməkdaşlıq edərək bu xidməti həyata keçirirlər. Həmçinin Asan xidmət mərkəzləri ilə həyata keçirmək mümkündür.
Apostil təsdiqi nədir və nə üçün lazımdır?
Apostil, sənədlərin bir ölkədə rəsmi olaraq tanınması üçün verilən beynəlxalq təsdiqdir. Apostil təsdiqi, sənədin məzmununu yoxlamaqdan çox, onun rəsmi sənəd olduğunu təsdiq edir. Həmçinin imzalayan və ya təsdiq edən şəxsin və ya qurumun hüquqi səlahiyyətə malik olduğunu təsdiq edir. Apostil yalnız 1961-ci il Haaqa Konvensiyasına qoşulmuş ölkələrdə etibarlıdır və həmin ölkələr arasında sənədlərin hüquqi dövriyyəsini asanlaşdırır.
Diplomlar, doğum haqqında şəhadətnamələr, nikah şəhadətnamələri, hüquqi müqavilələr, məhkəmə qərarları və sair sənədlər xaricdə istifadə edilərkən apostil təsdiqinə ehtiyac duyulur. Bu sənədin digər ölkədə rəsmi olaraq tanınması və istifadə edilməsi üçün zəruri olan addımdır. Sənədlərə Apostil təsdiqi əlavə edilərkən, həmin sənədlər başqa bir ölkədə əlavə təsdiq tələb etmədən istifadə edilə bilər. Apostil xidməti, xaricdə təhsil almaq, işə qəbul olmaq və ya hüquqi əməliyyatlar aparmaq üçün tez-tez tələb olunan mühüm bir prosesdir.
Azərbaycanda Apostil təsdiqi almaq üçün sənəd əvvəlcə notarial qaydada təsdiq edilməlidir. Sonra isə aidiyyəti dövlət qurumu tərəfindən apostil təsdiqinə təqdim olunmalıdır. Mərkəzimiz müştərilərimizə apostil təsdiqi üçün tam dəstək və məsləhət xidmətləri təqdim edirik, bu prosesin asan və sürətli şəkildə başa çatmasını təmin edirik.
Sənədlərin notarial qaydada təsdiqi və tərcüməsi
Sənədlərin notarial qaydada təsdiqi sənədin hüquqi qüvvədə olmasının təsdiqi üçündür. Diplom, şəxsiyyət vəsiqəsi, pasport, nigah şəhadətnaməsi və sairə mühüm sənədlər beynəlxalq miqyasda və ya xarici ölkələrdə istifadə edilərkən, onların hüquqi qüvvədə olması üçün tərcümə və notarial təsdiqi tələb olunur. Tərcümə olunmuş sənədlər əvvəlcə notarius tərəfindən təsdiq edilir. Sonra, həmin sənədlər dövlət qurumlarına və ya digər rəsmi təşkilatlara təqdim edilə bilər. Bu proses sənədlərin beynəlxalq aləmdə hüquqi qüvvəyə malik olmasını təmin edir.
Müqavilə və aktların tərcümə və notarial təsdiqi
Müqavilə və aktlar, hüquqi sənədlər olaraq tərcümə edildikdən sonra onların notarial təsdiqi mühüm addımdır. Xarici dildə olan müqavilələr, iş və ya hüquqi əməliyyatlar zamanı düzgün başa düşülməsi üçün tərcümə edilməli və notarius tərəfindən təsdiq olunmalıdır. Notarial təsdiq, müqavilələrin etibarlı olmasını və hər iki tərəfin hüquqi müdafiəsini təmin edir. Bu tip sənədlərin notarial qaydada təsdiqi üçün sənədin əsli tərcümə mərkəzinə təqdim olunmalıdır.
Tərcümə mərkəzinin imza və möhürü ilə tərcümələrin təsdiqi
Bəzi hallarda tərcümə mərkəzinin öz möhürü və imzası ilə təsdiq edilən tərcümələr də kifayət edə bilər. Tərcümə mərkəzləri tərcümə xidmətlərini təmin etdikdən sonra, həmin tərcümələri imzalayaraq möhürləyə bilər. Lakin daha çox hüquqi sənədlər üçün notarial təsdiq tələb olunur, çünki bu, tərcümənin rəsmi şəkildə tanınmasını təmin edir.
Tərcümə mərkəzinin imza və möhürü ilə əsasən gömrük bəyannamələri, bəzi müqavilə və aktlar, çeklər, ödəniş sənədləri və s. ola bilər.
Notarial tərcümə xidmətlərinin qiymətləri
Notarial tərcümə xidmətlərinin qiymətləri sənədlərin miqdarına, növünə və mürəkkəbliyinə görə dəyişir. Tərcümə mərkəzimiz müştərilərinə uyğun qiymət təklif edir. Hər bir sənəd növü üzrə xüsusi qiymətlər mövcuddur. Qiymətlərlə tanış olmaq üçün _____________ klikləyin.
Tərcuman Tərcümə Mərkəzində tərcümə və notarial qaydada təsdiq xidmətləri
Tərcuman Tərcümə Mərkəzi peşəkar və təcrübəli mütəxəssislərdən ibarət komandan ibarətdir. Sənədlərin notarial tərcümə və təsdiq xidmətlərini yüksək səviyyədə təqdim edir. Mərkəzimizə müraciət edərək hüquqi sənədlərinizi tam etibarlılıqla tərcümə etdirə və notarial qaydada təsdiq etdirə bilərsiniz.
Sənədlərin təqdim edilməsi üçün bizimlə əlaqə saxlayın.