Bakıda Tərcümə mərkəzləri sıralarında ön yerlərdə olan “Tərcüman” Tərcümə Mərkəzi peşəkar tərcümə xidmətləri göstərir.
Qloballaşan dünyamızda tərcüməçilik xidmətinin əsasən işgüzar sferada istifadə olunduğu müşahidə olunur. Yeni texnologiyalar, avadanlıqlar, avtomobillər, qurğular və biznes lahiyələr bütün dünyaya sürətlə inteqrasiya olunur. İnsanlar onlardan düzgün istifadə etməyi bilmək üçün təlimatları, qaydaları öz dillərində görmək istəyirlər. Bu da öz növbəsində işgüzar əlaqələrin həcmini artırır və tərcümə xidmətlərinin əhəmiyyətini artırır.
Tərcümənin peşəkarlığı
Tərcümənin peşəkarlığı deyildikdə çox zaman tərcüməçinin dili yüksək səviyyədə bilməsi nəzərdə tutulur. Son illərin təcrübəsi göstərir ki, bu yanlış fikirdir. Texnoloji avadanlığın təlimatlarını tərcümə edən tərcüməçi bu sahədən məlumatsızdırsa, hüquqi sənədin tərcüməçisi hüquqdan anlayışı yoxdursa, roman kitabını tərcümə edən şəxs bədii çalar nə olduğunu bilmirsə burda keyfiyyətdən danışmaq sadəcə gülüncdür.
Məhz buna görədə Bakıda tərcümə mərkəzləri içində “Tərcüman” Tərcümə Mərkəzi müştərilərinə sadəcə tərcümə təklif etmir. Tərcümə sahəsini əhatə edən biliklərə malik tərcüməçilərin etdiyi keyfiyyətli tərcümə təklif edir. Sifarişlər bu sahədə bilikləri olan tərcüməçilərə etibar edilərək keyfiyyətli və peşəkar nəticələr əldə olunur. Əgər bilgi səviyyəsi az olarsa ilk növbədə tərcümə materialını əhatə edən sahə öyrənilir, lazımlı məlumatlar əldə edilərək işə başlanılır. Veb saytların tərcüməsi və yerləşdirilməsi, tibbi, elmi və texniki sənədlərin tərcüməsi kimi çətin və mürəkkəb tərcümə işlərini öz öhdəmizə götürməyə çəkinmirik. İşini sevən və daim öz üzərində işləyən peşəkar heyətimizin olması bizim əsas üstünlüyümüzdür.
Hər yerdən əlçatan xidmət
Tərcümə mərkəzləri arasında mərkəzimizin digər əsas fərqi dünyanın istənilən nöqtəsindən onlayn qaydada ödəniş qəbul edə bilmək imkanlarının olmasıdır. Burda söhbət şəxsi kartla alınan ödənişlərdən getmir. Tam rəsmi (vergiyə cəlb olunan) ödəniş sistemindən gedir. Müqavilə yazmağa və göndərməyə vaxt sərf etmədən bir kliklə bank kartı vasitəsi ilə ödəniş mümkündür. Ölkə ərazisində kartla ödəyə bilməyənlər ödəmə terminalları vasitəsi ilədə edə bilərlər.
Tərcümə mərkəzinin müştəriləri sırasına həm vətəndaşlarla yanaşı, müxtəlif sahələri əhatə edən şirkətlər daxildir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər və bir sıra dövlət müəssisələri sifarişçilərimizdir. Tərcümə işi zamanı əsas vəzifəmiz xətasız tərcümənin əldə olunmasıdır. Məhz buna görə əminliklə işlərinizi bizə etibar edə bilərsiniz.