Ərəb dili üzrə tərcümə xidmətləri Tərcüman Tərcümə mərkəzi tərəfindən göstərilən peşəkar xidmətlərdəndir. Siz də Google-da “ərəb dili tərcüməçi tələb olunur” axtarırsızsa bz köməklik göstərərik. 10-15 illik təcrübəsi olan tərcüməçilərimiz hər bir sənəd və mətnlərinizi peşəkarlıqla tərcümə edəcəkdir.
Ərəb dili haqqında
Ərəb dili Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur. Bunlar bir-birlərindən və habelə ədəbi dildən ciddi şəkildə fərqləndiyi üçün müxtəlif ölkə ərəblərinin bir-birini anlamaması, müvafiq hazırlığı olmayan ərəblərin isə çox zaman ədəbi dili başa düşməməsi adi hal hesab edilir.
Ərəb dili tərcümə xidmətlərimiz
Şirkətimiz ərəb – azərbaycan, ərəb – rus, ingilis və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Hazırda ölkəmizlə ərəb ölkələri arasında geniş əlaqələrin olması peşəkar tərcümə tələb edən, xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsini zəruri edir. Sənədlərinizin tərcüməsini və digər tərcümə işlərinizi hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz. Ərəb ölkələri ilə işgüzar əməkdaşlıq qurmaq üçün yanınızdayıq. Müqavilə, protokol, hər cür maliyyə sənədi, məhsul və avadanlıqlarla bağlı texniki sənədlər – fərq etməz hər birini tərcümə edirik.
Texniki, tibbi, hüquqi, maliyə, elmi tərcümə və kitabların tərcüməsi əsas prioritetimizdir. Digər prioritet xidmətimiz saytların və digər internet resursların tərcüməsi, məzmunların yerləşdirilməsi, eyni zamanda müxtəlif dillərdə unikal məzmunların yaradılması və məqalə yazarlığıdır.
Etdiyimiz tərcümələrin nümunələri ilə burda tanış ola bilərsiz.