Tərcümə mərkəzi xidmətləri haqqında
“Tərcüman” Tərcümə Mərkəzi 7/30 sizin xidmətinizdədir. Ofisinizdən (evinizdən) çıxmadan sadəcə bir-iki toxunuşla sifarişinizi göndərə, ödəniş edərək xidmət ala bilərsiz. Dünyanın istənilən yerindən mümkündür. Hər şey çox asandır.
Tərcümə mərkəzimiz müxtəlif dillərdə yazılı tərcümə xidmətləri göstərir. Uzun müddətli təcrübəsi olan tərcüməçilərimiz sizə hər zaman keyfiyyətli iş təqdim edəcəklər. Texniki, tibbi, hüquqi, maliyə, elmi tərcümə və kitabların tərcüməsi əsas prioritetimizdir.
İngilis, alman, türk, ərəb, fransız və rus dili tərcümə dillərimiz arasında əsas istiqamətlərdir. Bununla yanaşı ispan, italyan, ukrayna, fars və dünyanın əksər dillərində tərcümə xidmətləri yerinə yetiririk. Mərkəzimiz peşəkar tərcüməçilərlə əməkdaşlıq edir. Əlaqə saxlayaraq bu mətni və ya sözləri tərcümə edin deməyiniz kifayətdir.
Digər prioritetlər
Tərcüman Tərcümə mərkəzi olaraq digər prioritet xidmətimiz saytların tərcüməsi, məzmunların yerləşdirilməsidir.
Tərcümə mərkəzləri arasında ilk olaraq Azərbaycan və dünyanın istənilən ölkəsindən ödəniş almaq imkanı yaratmışıq. Ölkə ərazisində bank kartları və ödəniş terminalları, xarici ölkələrdə isə bank kartları ilə ödəniş mümkündür. Ödəniş tam rəsmidir.
Sənədlərin tərcüməsi
Dəqiqilik, məsuliyyət və mövzu barədə tərcüməçinin biliklərinin olması vacibdir. Sənədlərin tərcüməsi dedikdə biznes, bank, maliyyə, tender sənədləri…
Saytların tərcüməsi
Saytların tərcüməsi prioritet xidmətlərimizdən biri olaraq geniş əhatəlidir. Tərcümə ilə yanaşı saytdan materialların toplanılması və tərcümənin yerləşdirilməsi...
Ardıcıl tərcümə
Şifahi tərcümə növlərindən biri olan ardıcıl tərcümə tərəflər arasında dialoq və ya məruzənin fasiləli qaydada tərcüməsidir. Ardıcıl tərcümədə dilmanc...
Sinxron tərcümə
Sinxron tərcümə xidməti yüksək peşəkarlıq tələb edən şifahi tərcümə növlərindən biridir. Sinxron tərcümə avadanlığı ilə həyata keçirilən bu tərcümədə tərcüməçilər...
Tərcümə xidmətləri üzrə dillər
Rus dili tərcümə
Rus dili dünyanın ən çox yayılmış dillərindən biri kimi ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizinci yerdədir. Rusiya, Qazaxıstan, Qırğızıstanın rəsmi dili, Belarusun ikinci dövlət dilidir. Ən çox rus dilində vətəni olan Rusiyada danışılır.İngilis dili tərcümə
İngilis dili Hind-Avropa dillərinin german dillərinə aid olaraq 410 milyon insanın doğma dilidir. Dünyada 1 milyard insan ingilis dilində danışır. BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin ana dili, İngiltərənin, faktiki Böyük Britaniyanın rəsmi dilidir.Türk dili tərcümə
Türk dili Altay dilləri qrupunun türk dilləri qoluna aid edilir və digər türk dilləri ilə qarışdırılmaması üçün alternativ adlandırma kimi türkologiyada Türkiyə türkcəsi adı ilə tanınır. Eyni köklərə mənsub olduğumuz üçün Azərbaycan dilinə çox yaxındır.Ukrayna dili tərcümə
Ukrayna dili Ukrayna dövlətinin rəsmi dövlət dili olmaqla Slavyan dillərinin şərqi slavyan dilləri yarımqrupuna daxil olan bir dildir. Rus və belarus dillərinə yaxındır. Dünyada 45 milyon insanın Ukrayna dilində danışdığı təhmin edilir. Bu insanların əksəriyyəti Ukrayna dövlətində yaşayır, Ukrayna qızları dünyada ən gözəl qızlardan sayılır.Alman dili tərcümə
Alman dili almanların, avstriyalıların, lixtenşteynlilərin, eləcə də isveçrəlilərin çoxunun doğma dilidir. Almaniyanın, Avstriyanın, Lixtenşteynin rəsmi dövlət dili, İsveçrənin, Lüksemburqun və Belçikanın rəsmi dövlət dillərindən biridir.Fransız dili tərcümə
Fransız dili Fransanın, Belçikanın, İsveçrənin (əsasən Romandiyanın fransızdilli hissəsində), Kanadanın fransızdilli əhalisinin əsas danışıq dilidir. Dünyada təxmini olaraq 200 milyon insan Fransızca danışa bilir. 128 milyon insan Fransızcanı ana dili və ya ikinci dili olarak danışır.İspan dili tərcümə
İspan dili dünyada ən çox danışılan üçüncü danışıq dilidir. Dilin yayılma coğrafiyası əsasən Cənub-qərbi Avropa və Şimali-Cənubi Amerika qitələri üzrədir. Yer üzərində 500 minə yaxın insan ispanca bilir, yazır və danışır. İspaniyanın dövlət dili olmaqla yanaşı bir çox ölkədə də əsas və ikinci dövlət dili olaraq qəbul edilmişdir.İtalyan dili tərcümə
İtalyan dili İtaliya, San-Marino, Vatikan və İsveçrənin dövlət dili, Sloveniya və Xorvatiyanın əsasən italyan mənşəli vətəndaşların məskunlaşdığı bölgələrində isə ikinci rəsmi dil elan edilmişdir. İtalyan dili Roman dilləri arasında Latın dilinə ən sadiq qalaraq "Müasir Latın" adlanır.Fars dili tərcümə
Fars dili Hind-Avropa dil ailəsinin İran dilləri qrupuna daxil olaraq qədim dillərdən biridir. İran İslam Respublikası, Əfqanıstan, Tacikistan kimi ölkələrdə rəsmi dil sayılır. Tacikistan və Əfqanıstandakı puştu və dəri dilləri ilə fars dili həddindən artıq çox bənzərliyə malikdir. Ortaq leksika ilə asanlıqla bir birlərini başa düşürlər.Ərəb dili tərcümə
Ərəb dili Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir.Hüquqi tərcümə
Hüquqi sənədlərin, müqavilələrin, sazişlərin, aktların, bəyannamələrin, müraciətlərin tərcüməsi
Texniki tərcümə
Cihazların, qurğu və avadanlıqların texniki pasportlarının, istismar, istifadə və təhlükəszilik qaydalarının tərcüməsi
Tibbi tərcümə
Tibbi analizlərin, müayinə nəticələrinin, epiqrizlərin, tibbi nəşrlərin və ədədbiyyatların tərcüməsi
Maliyyə tərcüməsi
Smeta sənədləri, mal və avadanlıqların qiymətləndirmə sənədləri, maliyyə və vergi hesbatlarının tərcüməsi
Elmi tərcümə
Elmi nəşrlərin, əsərlərin, məqalələrin, elmi-tədqiqat materiallarının, təşkilatlara göndərilən elmi sənədlərin tərcüməsi
Məqalələrin tərcüməsi
Jurnal, qəzet, dərgi, forum və xəbər saytları üçün siyasi-ictimai, xəbər mövzuları üzrə məqalələrin tərcüməsi
Kitabların tərcüməsi
Bədii, ədəbi, siyasi-ictimai, elmi və digər mövzularda xarici dillərdə yazılmış kitab və nəşrlərin tərcüməsi
Saytların tərcüməsi
Saytların, mobil tətbiqlərin və digər veb portalların mətnlərinin tərcüməsi və yerləşdirilməsi
Tərcümə mərkəzimizin göstərdiyi tərcümə xidmətləri bununla yekunlaşmır. Texniki tərcümə, elmi tərcümə və tibbi tərcümə kimi sahələr alt sahələrə parçalanır. Şirkətimiz məzmunun qəlizliyindən, dil cütlüyündən asılı olmayaraq bütün tərcümələrin öhdəsindən gələ biləcək peşəkar tərcüməçilərlə çalışır. Hazırda yerli və xarici çox sayda böyük və orta səviyyəli şirkətlərlə əməkdaşlıq edirik.
Tərcümə xidmətləri ilə yanaşı Rəqəmsal marketinq və digər intelektual xidmətlər də təklif edirik. Onlardan unikal məzmun hazırlanması (kopirayter işi), SEO xidmətini göstərmək olar. Yaxın aylarda rəqəmsal marketinqlə bağlı təkliflərimiz genişlənəcək.
Tərcümə mərkəzinə daha çox sifariş verilən tərcümə dili istiqamətləri
Əsas tərcümə istiqamətləri
🇷🇺 🇦🇿 Rus dilindən azərbaycan dilinə
🇦🇿 🇷🇺 Azərbaycan dilindən rus dilinə
🇦🇿 🇬🇧 Azərbaycan dilindən ingilis dilinə
🇬🇧 🇦🇿 İngilis dilindən azərbaycan dilinə
🇦🇿 🇩🇪 Azərbaycan dilindən alman dilinə
🇩🇪 🇦🇿 Alman dilindən azərbaycan dilinə
🇦🇿 🇹🇷 Azərbaycan dilindən türk dilinə
🇹🇷 🇦🇿 türk dilindən azərbaycan dilinə
Dillər arası tərcümə istiqamətləri
🇷🇺 🇬🇧 Rus dilindən ingilis dilinə
🇬🇧 🇷🇺 İngilis dilindən rus dilinə
🇷🇺 🇹🇷 Rus dilindən türk dilinə
🇹🇷 🇷🇺 Türk dilindən rus dilinə
🇬🇧 🇹🇷 İngilis dilindən türk dilinə
🇹🇷 🇬🇧 Türk dilindən ingilis dilinə
🇷🇺 🇩🇪 Rus dilindən alman dilinə
🇩🇪 🇷🇺 Alman dilindən rus dilinə
SUAL VERİN
ÇOX VERILƏN SUALLAR
Tərcümə sifarişini necə vermək olar? Tərcümə mərkəzinə gəlmədən sifariş vermək mümkündürmü?
Sifarişi vermək üçün tərcümə mərkəzinə gəlmək vacib deyil. Sifarişi bir neçə üsullar vermək olar:
– Şirkətin saytda qeyd olunmuş +99455 918 60 14 telefonuna zəng etməklə;
– Saytın info@tercuman.az elektron poçtuna yazmaqla ( tərcümə olunacaq mətni göndərməklə);
– Votsap nömrəsinə yazmaqla;
– Ofisə gəlməklə
Tərcümə qiymətləri necə hesablanır? Sifariş zamanı səhifə necə hesablanır?
Tərcümə xidmətində səhifə dedikdə 1 səhifə 300 söz (və ya 1800 işarə) olaraq nəzərdə tutulur. Qiymət mövzudan və tərcümə olunacaq dildən asılı olaraq hesablanır. Sənədin həcmi nə qədər böyük olarsa daha çox endirim edilir.
Bəzən sifariş vermək istəyən müştərilər sənədin real (yəni müştərinin saydığı) səhifələrinin sayını deyərək qiymət öyrənmək istəyirlər. Bu mümkün deyil. Bir səhifədə 100 və ya 700 söz ola bilər və bu qiymətdə ciddi fərq yaradır. Dəqiq qiymət öyrənmək üçün sənədi email və ya votsapla göndərməyiniz xahiş olunur. Saytların tərcüməsi, bələdçi və unikal məzmun hazırlanması xidmətlərində qiymət işin həcminə görə hesablanır.
Verilmiş sifariş üçün ödəniş necə edilir?
Sifarişlər üçün ödəniş əvvəlcədən olunur və ofisə gəlməyə ehtiyac yoxdur. Əlbətdəki biz sizə etibar edirik. Amma qaydalar belədir. İnternet üzərindən və ya ödəniş terminallarından etmək olar. Ödəniş həcmi böyük olarsa 2 və ya 3 hissəyə bölmək olar. Müqavilə əsasında şirkətlərdən daxil olmuş sifarişlərin 50% əvvəlcədən, qalan hissəsi isə iş təhvil verilərkən ödənilir. Müqavilədə başqa şərtlərdə ola bilər.
Verilmiş sifarişin müddəti necə hesablanır?
Müddət tərcümə olunacaq sənədin həcmindən, dildən və mövzudan asılı olaraq hesablanır. Bunun üçün standart meyarlar yoxdur.