
Bakıda “Məlumatların toplanılması” xidmətini təklif edirik
Məlumatların toplanılması – bu nədir?
Məlumatların toplanılması xidməti – bu müxtəlif sahələr və mövzular üzrə şirkətlərə, təşkilatlara, fərdi şəxslərə faydalı ola biləcək, xarici dillərdə olan məlumatların internet, mətbuat və s. mənbələrdən əldə olunması və tərcümə olunmasıdır.
Bu məlumatlar əsasən maraqlı olan sahə və ya mövzu ilə bağlı statistik, təşkilati, struktur, maliyyə, iqtisadi göstəricilər və s. ola bilər. Həmçinin siafrişçinin maraqlı olduğu şirkətlər, təşkilatlar, biznes sahələri, onlara rəhbərlik edən şəxslər, fəaliyyət sahələri, ofislərinin və fəaliyyət sahələrinin yerləşmə yerləri, əlaqə vasitələri, məhsul və xidmətlər haqqında məlumatlar, yeniliklər və baş vermiş diqqət çəkən hadisələr barədə məluamtlardır. Məhsul və xidmətlərin ölkələr üzrə populyarlığı, ölkələr üzrə internet platformaları üzərindən axtarışı və digər unikal məlumatlar əldə etmək qabiliyyətində olan komandamız mövcuddur.
Biz bunu necə edirik? Rus, ingilis, alman, ərəb və s. dillərdə internet, mətbuat və sosial media resurslarda araşdırma və təhlil apararaq bu məlumatları toplayırıq. Məlumatların reallığını müəyyənləşdirmək üçün çox sayda mənbədən toplayaraq təhlil edirik. Statistik hesabatlar hazırlamaq üçün ödənişli bəzi alətlərdən istifadə edirik. Bütün məlumatlar (sənədlər, statistik hesabatlar, şıxarışlar, şəkillər) sizin üçün istədiyiniz dilə tərcümə olunaraq qovluq şəklində hazırlanaraq təqdim olunur. Bunu mümükn olan ən qısa zamanda edirik.
Məlumatların toplanılması işini internet əsrində hər kəs edə bilər. Bəs onda nə üçün biz? Üstünlüyümüz nədir?
1. Bu çox vaxt və əmək tələb edən işdir. Siz vaxt itgisi yaşamırsız.
2. Təcrübəmiz daha qısa zamanda etməyə imkan verir. Nəyi necə və harada axtarmağı daha yaxşı bilirik.
3. Məlumatı bir çox xarici dildə toplayırıq. Bu məlumatlar çox vaxt Azərbaycan dilində əlçatan olmur.
4. Ödənişli bəzi alətlərdən (proqramlardan) istifadə edirik.
5. Məlumat bazamızda ölkəmiz üçün maraqlı ola biləcək çox sayda sahələr, mövzular, məhsul və xidmətlər barədə məlumatlar mövcuddur.
İş metodu necədir?
1. Bizimlə əlaqə saxlayaraq görüş təyin edirsiz.
2. Görüş zamanı toplanılcaq məlumatların istiqaməti, mövzusu, əldə etmək istədikləriniz və s. barədə sizdən tapşırığı alaraq dəqiqləşdiririk.
3. Bir gün ərzində məlumatı təhlil edərək müddət və qiymət barədə razılaşırıq. Müqavilə imzalayırıq və işə başlanılır.
4. Zərurət yaranarsa işin gedişatında sizinlə dəqiqləşdirmələr və məsləhətləşmələr aparılır.
5. İş bitdikdən sonra görüş təyin olunur, hazırlanmış bütün sənədlər, statistik hesabatlar, çıxarışlar, fotoşəkillər hazırlanmış qovluqda və elektron formada yaddaş kartında (flaşkart) təqdim olunur.
6. Hansısa əlavə məlumatlara ehtiyac olarsa əlavə müddət təyin olunaraq əldə olunması üçün iş davam etdirilir.
Etdiyimiz tərcümələrin nümunələri ilə burda tanış ola bilərsiz.
Xidmət göstərdiyimiz ərazi: Azərbaycan, Dünya ölkələri
Xidmət təminatçısı: Tərcüman Tərcümə Mərkəzi
Sifarişlərin qəbulu: 7/24
Ödəniş valyutası: AZN, USD
Ödəniş forması: Bank köçürmə, MilliÖn, E-Manat, ExpressPay, Kassam.AZ, E-pul və dünyanın istənilən yerindən onlayn ödənişlə
Telefon: +99455 918 60 14
WhatsApp: +99455 918 60 14
Elektron poçt: info@tercuman.az
Qiymətlər tapşırıqdan və şətrlərdən asılı olaraq dəyişir.
Ödənişi bank köçürmə və ya dünyanın istənilən yerindən onlayn qaydada edə bilərsiz. Həmçinin MilliÖn, E-Manat, ExpressPay, Kassam.AZ, E-pul ilədə ödəniş mümkündür.