Maliyyə sənədlərinin tərcüməsi

Maliyyə Tərcüməsi Xidməti

Beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi və qloballaşma fonunda maliyyə tərcüməsi xidməti getdikcə daha çox tələb olunan sahəyə çevrilmişdir. İstər yerli, istərsə də xarici bazarlarda fəaliyyət göstərən şirkətlər üçün maliyyə sənədlərinin tərcüməsi dəqiqlik və peşəkarlıq tələb edir. Çünki maliyyə hesabatlarında, müqavilələrdə və digər mühasibat sənədlərində buraxılan kiçik bir səhv şirkətin gələcək fəaliyyətinə mənfi təsir göstərə və hüquqi problemlər yarada bilər. Bu səbəbdən maliyyə tərcüməsi yalnız sahə üzrə ixtisaslaşmış tərcüməçilər tərəfindən yerinə yetirilməlidir.

Maliyyə Tərcüməsi Nədir?

Maliyyə tərcüməsi – maliyyə hesabatları, mühasibat uçotu sənədləri, vergi bəyannamələri, smeta sənədləri, audit nəticələri və digər maliyyə sənədlərinin bir dildən digər dilə dəqiq və səhvsiz şəkildə çevrilməsidir. Maliyyə sənədlərinin tərcüməsi zamanı hər bir rəqəm, hər bir termin və hətta vergüllərin yeri belə ciddi əhəmiyyət daşıyır. Buna görə də bu sahədə çalışan tərcüməçi təkcə dil biliyinə deyil, eyni zamanda maliyyə və mühasibatlıq sahəsində yetərli biliyə malik olmalıdır.

Maliyyə Sənədlərinin Tərcüməsi Hansı Növləri Əhatə Edir?

Maliyyə sənədlərinin tərcüməsi kifayət qədər geniş sahəni əhatə edir. Aşağıda maliyyə tərcüməsi xidmətinə daxil olan əsas sənəd növləri qeyd olunub:

  • Maliyyə hesabatları
  • Smeta sənədləri
  • Audit hesabatları
  • Vergi bəyannamələri
  • Bank çıxarışları
  • Mühasibat uçotu sənədləri
  • Kredit müqavilələri
  • İnvestisiya layihələri
  • Mal və avadanlıqların qiymətləndirmə sənədləri

Maliyyə Tərcüməsi Xidmətinin Xüsusiyyətləri

Maliyyə sənədlərinin tərcüməsi zamanı xüsusi diqqət tələb edən bir sıra məqamlar mövcuddur. Aşağıda maliyyə tərcüməsi xidmətinin əsas xüsusiyyətləri verilmişdir:

  • Rəqəmlərin və valyutaların düzgün çevrilməsi
  • Mühasibat terminologiyasının dəqiq tərcüməsi
  • Beynəlxalq mühasibat standartlarına uyğunluq
  • Sənədin orijinal formalaşdırılma qaydasının qorunması
  • Tərcümə olunmuş sənədlərin məxfiliyinin təmin edilməsi

Maliyyə Sənədlərinin Tərcüməsi Zamanı Yaranan Çətinliklər

Maliyyə tərcüməsi sahəsində rast gəlinən əsas çətinliklərdən biri müxtəlif ölkələrin maliyyə və mühasibat sistemləri arasında fərqlərin olmasıdır. Hər bir ölkənin öz qanunvericiliyinə uyğun olaraq maliyyə sənədlərinin tərtib olunma qaydaları fərqlənir. Buna görə də maliyyə sənədlərinin tərcüməsi zamanı tərcüməçi həm yerli, həm də xarici maliyyə sisteminə bələd olmalıdır. Bundan əlavə, sənədlərdə yer alan rəqəmlərin və valyutaların dəqiq tərcümə olunması xüsusi diqqət tələb edir. Çünki bir vergül və ya nöqtənin yerdəyişməsi belə yekun məbləğdə ciddi fərq yarada bilər.

Maliyyə Tərcüməsi Xidmətinin Əhəmiyyəti

Şirkətlərin beynəlxalq bazarlara çıxışı, xarici investorlarla əməkdaşlıq və ya xarici banklarla hesablaşmalar zamanı maliyyə sənədlərinin tərcüməsi vacib rol oynayır. Maliyyə sənədlərinin tərcüməsi olmadan tərəfdaşlar arasında sağlam əməkdaşlıq mümkün deyil. Həmçinin, beynəlxalq hüquqi proseslərdə və audit yoxlamalarında maliyyə sənədlərinin dəqiq tərcüməsi mühüm şərtdir. Bu baxımdan maliyyə tərcüməsi biznes dünyasında risklərin azaldılması və işgüzar münasibətlərin qurulması baxımından vacib xidmətlərdən biridir.

Maliyyə Tərcüməsi Xidmətindən Necə Yararlanmaq Olar?

Maliyyə sənədlərinin tərcüməsi üçün sifariş vermək olduqca sadədir. Siz sənədlərinizi elektron poçt vasitəsilə bizə göndərə və ya ofisimizə yaxınlaşaraq təqdim edə bilərsiniz. Tərcümə müddəti və qiyməti sənədin həcminə, terminlərin mürəkkəbliyinə və digər spesifik tələblərə uyğun olaraq müəyyən edilir. Peşəkar maliyyə tərcüməsi xidmətimizdən yararlanmaq üçün bizimlə əlaqə saxlayın və işlərinizi peşəkarlara etibar edin.

Xidmət göstərdiyimiz ərazi: Azərbaycan, Dünya ölkələri
Xidmət təminatçısı: Tərcüman Tərcümə Mərkəzi
Sifarişlərin qəbulu: 7/24
Ödəniş valyutası: AZN, USD
Ödəniş forması: Bank köçürmə, MilliÖn, E-Manat, ExpressPay, Kassam.AZ, E-pul və dünyanın istənilən yerindən onlayn ödənişlə
Telefon: +99455 918 60 14

WhatsApp: +99455 918 60 14
Elektron poçt: info@tercuman.az

Tərcümə qiymətləri mətnin qəlizliyindən asılı olaraq populyar dillər (ingilis, rus, azərbaycan, türk) üzrə 1 səhifə (300 söz) 6-8 AZN qiymətləndirilir. Mətnin həcmi böyük olduqca əlavə endirim edilir. Daimi müştərilərə xususi endirimlər var. 

Digər dillər üzrə qiymətlər nisbətən fərqlidir. Tərcümə sifarişi zamanı əlavə işlər olarsa (məsələn pdf çevirmə, əlyazmadan tərcümə, mətnin saytlardan köçürülməsi və s.) qiymətə əlavələr hesablana bilər. 

Ödənişi bank köçürmə və ya dünyanın istənilən yerindən onlayn qaydada edə bilərsiz. Həmçinin MilliÖn, E-Manat, ExpressPay, Kassam.AZ, E-pul ilədə ödəniş mümkündür.

Sifariş göndər