Mərkəzimizə çin dili üzrə şifahi tərcüməçi tələb olunur
Tərcümə sahəsində artan tələbatla əlaqədar olaraq, Çin dili üzrə şifahi tərcüməçilərlə əməkdaşlıq qurmaq üçün müraciətləri qəbul edirik. Qeyd edək ki, bu elan işə qəbul məqsədi daşımır, sifarişlər əsasında freelance / part-time əməkdaşlıq nəzərdə tutulur.
Əməkdaşlıq istiqamətləri:
- Azərbaycan dili ↔ Çin dili
- Rus dili ↔ Çin dili
Tərcümə formatları:
- Canlı şifahi tərcümə (işgüzar görüşlər, tədbirlər, danışıqlar və s.)
- Onlayn şifahi tərcümə (Zoom və digər platformalar üzərindən)
Xaricdə yaşayan tərcüməçilər əsasən onlayn (Zoom) tərcümələrə cəlb olunacaqlar.
Tələblər:
- Çin dili üzrə minimum 2-3 il şifahi tərcümə təcrübəsi
- İşgüzar və rəsmi ünsiyyət terminologiyasına bələdlik
- Yüksək dinləmə, anlama və operativ çevirmə bacarığı
- Məsuliyyətli və vaxtında işləmə qabiliyyəti
- Dil sertifikatları (HSK və s.) və ya müvafiq təhsil üstünlükdür
Əməkdaşlıq şərtləri:
- Sifariş əsasında (saatlıq və ya günlük)
- Layihədən-layihəyə əməkdaşlıq
- Uzunmüddətli əməkdaşlıq perspektivi mövcuddur
Uyğun namizədlər:
- Azərbaycanda yaşayan tərcüməçilər (canlı və onlayn tərcümələr üçün)
- Xaricdə yaşayan tərcüməçilər (yalnız onlayn tərcümələr üçün)
Əgər siz Çin dili üzrə peşəkar şifahi tərcüməçisiniz və layihə əsaslı əməkdaşlıqda maraqlısınızsa, bizimlə əlaqə saxlaya bilərsiniz.
Əlaqə vasitələri:
Telefon: (+994 55) 918 60 14
WhatsApp: (+994 55) 918 60 14
Email: info@tercuman.az
