Ardıcıl tərcümə

Ardıcıl tərcümə daha çox istifadə olunan şifahi tərcümə növüdür. Ardıcıl tərcümədə dilmanc məruzəçinin söylədiyi müəyyən nitq parçasını əvvəlcə eşidir, məruzəçi susduqda isə həmin parçanı olduğu kimi digər dilə çevirir. Ardıcıl tərcümə zamanı adətən natiq 1-5 dəqiqədən bir(hər paraqrafın və ya fikrin sonunda) fasilə verir,mətnin tərcüməsi üçün şərait yaradır. Digər bir mənbədə göstərilir ki , nitq 15 dəqiqə çəkə bilər. Bu zaman mütərcim özü üçün qeydlər götürür. Tərcümə tarixində belə hallar da var ki natiq fasiləsiz olaraq bir saat danışır, sonra tərcümə üçün dilmanca üz tutur. Bəzi tərcüməçilərin məsləhətinə görə, yaddaş kifayət qədər yükləndikdə dilmanc məruzəçidən dayanmağı tələb edə bilər.

Ardıcıl tərcüməçi üçün ən vacib şərtlərdən biri də onun qeydgötürmə qabiliyyətidir. Çünki təfsilata zərər yetirmədən bütöv bir paraqrafı olduğu kimi yadda saxlamaq çox çətindir. Digər səciyyəvi cəhətlər qısamüddətli yaddaş, yaxşı təqdimat qabiliyyəti və inandırma bacarığıdır. İnsan bir dəqiqəyə bir neçə söz yadda saxlaya bilər, amma məsələ bir neçə sözü ardıcıllıqla yadda saxlayıb-saxlamamaqda deyil. Müəyyən bir parçanı fasiləsiz olaraq dinləyəndə insanın yaddaşı yüklənir. Əgər nitq parçasındakı əsas məqamlar qeydlər şəklində yazıya köçürülsə, sonra onlara baxılaraq tərcümə edilsə onda mütərcim yorulmur, eyni zamanda görülən iş də effektli olur.
Bu növ tərcümə əsasən görüşlər, danışıqlar, müzakirələr, məşğələ və təqdimatlar zamanı tərbiq olunur.

Xidmət göstərdiyimiz ərazi: Azərbaycan, Dünya ölkələri
Xidmət təminatçısı: Tərcüman Tərcümə Mərkəzi
Sifarişlərin qəbulu: 7/24
Ödəniş valyutası: AZN, USD
Ödəniş forması: Bank köçürmə, MilliÖn, E-Manat, ExpressPay, Kassam.AZ, E-pul və dünyanın istənilən yerindən onlayn ödənişlə
Telefon: +99455 918 60 14

WhatsApp: +99455 918 60 14
Elektron poçt: info@tercuman.az

Qiymətlər tapşırıqdan və şətrlərdən asılı olaraq dəyişir. 

Ödənişi bank köçürmə və ya dünyanın istənilən yerindən onlayn qaydada edə bilərsiz. Həmçinin MilliÖn, E-Manat, ExpressPay, Kassam.AZ, E-pul ilədə ödəniş mümkündür.

Sifariş göndər