
Bakıda “Slayd hazırlamaq və PDF ilə bağlı xidmətlər” təklif edirik
Slayd hazırlamaq və PDF işləri
Təqdimatlar üşün slayd hazırlamaq sadəcə biznes və təhsildə deyil, artıq bütün sahələrdə ehtiyac duyulan meyara çevirilib. Görülmüş işlərin, layihələrin, planların, təkliflərin təqdimatı üçün slayd formasında prezentasiya hazirlamaq sizin müştəri, partnyorlar və rəhbərlik qarşısında hər zaman başınızı uca edəcəkdir. Satdığınız məhsul və xidmətlərin slaydlar ilə təqdimatı tanıtımın ən rahat başa düşülən və cəlbedici formasıdır.
PDF formatı geniş tətbiq olunan rəqəmsal sənəd formatlarındandır. Sənədlərin, məqalələrin, dərsliklərin, kitabların daha etibarlı göndərilməsi və daşınması üçün istifadə olunur. Tərcümə xidmətlərimiz ilə bağlı çox vaxt daxil olan materiallar PDF formatında olur. Sifarişçilər bəzi hallarda şəkillər, qrafiklər olan sənədlərinin yenədə PDF faylda təhvil verilməsini istəyirlər. Bu xüsusəndə şirkətlər tərəfindən xarici ölkələrdən alınmış texniki vasitələr, məhsullar və avadanlıqlarla bağlı olur. Həmçinin elmi məqalələr və elmi işlərlə də bağlı tez tez rast gəlinir. Bu isə xüsusi bacarıq tələb edir. Şirkətimiz müştərilərimizə bununla bağlı bütün xidmətləri təklif edir. Peşəkar qrafik mütəxəssislərimiz sayəsində sizə yüksək keyfiyyətdə PDF işlərini təklif edirik.
Şirkətimiz fəaliyyətnizlə bağlı sizə lazım ola biləcək aşağıdakı xidmətləri təklif edir:
1. Slayd hazırlamaq, slaydlar üzərində düzənləmə və tərcümə olunm ası.
2. PDF hazırlama, PDF üzərində düzənləmə, çevirmə və tərcümə.
Slayd hazırlamaq
Powerpoint proqramı ilə slayd hazırlamaq əsasən məhsul, xidmət, tədbir və digər təqdimatların hazırlanması (prezentasiya hazirlamaq) üçün istifadə olunur. Bundan əlavə müxtəlif mövzularda dərsliklərin hazırlanmasında da slaydlardan geniş istifadə olunur. Düzgün hazırlanmış slayd məlumatı, məzmunu daha yaxşı çatdırmaq, məhsul və xidmətinizi istifadəçilərə daha yaxşı tanıtmaq üçün əvəzolunmazdır.
Slaydlar əsasən powerpoint proqramında hazırlanır. Powerpoint haqqında çox danışmaq olar. Amma bizim işimiz danışmaq yox, sizin üçün gözəl təqdimatlar hazırlamaqdır.
PDF hazırlama, düzənləmə və çevirmə

PDF hazırlama haqqında danışmazdan əvvəl PDF-in nə olduğuna baxaq. PDF (Portable Document Format – Daşına bilər Sənəd Formatı) rəqəmsal platformalar arasında daşına bilən və yazdırıla bilən sənədlər yaratmaq məqsədiylə yaradılmış rəqəmsal formatdır. Sənədlərininin daşınması üçün geniş yayılmış etibarlı fayl formatıdır.
PDF ilə bağlı aşağıdakı xidmətləri təklif edirik:
PDF hazırlama və tərcümə
– CV, elmi işlər, kitablar və s. üçün pdf faylların hazırlanması
– PDF-də olan mətnlərin tərcümə olunaraq yenidən PDF-də yerləşdirilməsi
– PDF-də skan olunaraq yerləşdirilmiş sənədlərin Word fayla köçürülməsi və tərcüməsi
Çevirmələr
– Word-dən PDF-ə çevirmə
– Excel-dən PDF-ə çevirmə
– PowerPoint-dən PDF-ə çevirmə
– JPG-dən PDF-ə çevirmə
– OpenOffice-dən PDF-ə çevirmə
– eBooks-dan PDF-ə çevirmə
– PDF-dən Word-ə çevirmə
– PDF-dən Excel -ə çevirmə
– PDF-dən Powerpoint-ə çevirmə
– PDF-dən PNG-yə çevirmə (eyni zamanda JPG-yə)
Düzənləmələr
– PDF birləşdirmə
– PDF faylı bölmək
– PDF faylı şifrələmək
– PDF faylda səhifələrin sayın azaltmaq
– PDF-də səhifələri döndürmək
– PDF səhifələrini silmək və ya artırmaq
Etdiyimiz tərcümələrin nümunələri ilə burda tanış ola bilərsiz.
Xidmət göstərdiyimiz ərazi: Azərbaycan, Dünya ölkələri
Xidmət təminatçısı: Tərcüman Tərcümə Mərkəzi
Sifarişlərin qəbulu: 7/24
Ödəniş valyutası: AZN, USD
Ödəniş forması: Bank köçürmə, MilliÖn, E-Manat, ExpressPay, Kassam.AZ, E-pul və dünyanın istənilən yerindən onlayn ödənişlə
Telefon: +99455 918 60 14
WhatsApp: +99455 918 60 14
Elektron poçt: info@tercuman.az
Slayd və PDF ilə bağlı xidmətlər standart olmadığı üçün qiymət sifariş zamanı işin həcminə görə dəyərləndirilir. Meyar olaraq səhifələrin sayı, işin çətinliyi və s. parametrlər götürülür.
İş həcmi böyük olduqca əlavə endirim edilir. Daimi müştərilərə xususi endirimlər var.
İşin həcminə tərcümə daxildirsə ayrıca və ya işin içərisində dəyərləndirilə bilər.
Ödənişi bank köçürmə və ya dünyanın istənilən yerindən onlayn qaydada edə bilərsiz. Həmçinin MilliÖn, E-Manat, ExpressPay, Kassam.AZ, E-pul ilədə ödəniş mümkündür.