Texniki sənədlərin tərcüməsi

Texniki sənədlərin tərcüməsi xidməti

Texniki sənədlərin tərcüməsi bu gün aktual mövzulardan biridir. Çox sürətlə yenilənən, inkişaf edən hər cür avadanlıq, cihaz, qurğular, texniki qurğular çox tez bir zamanda dünyanın bütün ölkələrinə yayılır və istifadə olunur. Lakin istismar, istifadə və təhlükəsizlik qaydalarını bilmədən əlbətdəki heç bir işə yaramır.Ölkəmizə gətirilmiş cihazlar, qurğular və avadanlıqların texniki pasportları, istismar, istifadə və təhlükəszilik qaydalarını əks etdirən sənədləri peşəkar tərcüməçilərimiz tərəfindən çox dəqiqliklə tərcümə olunur.
Bundan başqa şirkət və təşkilatların texniki tender sənədlərini, inşaat, mühəndislik, neft-kimya işlərini əhatə edən sənədlərin tərcüməsini bizə etibar edə bilərsiz.
Texniki sənədlərin tərcüməsi zamanı çox sayda texniki terminlərin istifadə olunması tərcüməçidən texniki biliklərinin olmasını tələb edir. Çünki kiçik bir səhv texnikanın vaxtından tez sıradan çıxmasına səbəb ola bilər. Belə səhvlərin olmaması üçün texniki sənədlər üzrə çalışan tərcüməçilərimiz tərcüməyə başlamazdan əvvəl ilk növbədə təsvir olunan avadanlıq barədə təfsilatlı araşdırma apararaq zəruri məlumatları əldə edirlər. Bu zaman tərcümənin keyfiyyətli və daha dəqiq olması təmin olunur.