Sinxron tərcümə

Sinxron tərcümə xidməti

Sinxron tərcümə – şifahi tərcümənin iki formasından biri olaraq, məhz nitqlə eyni vaxtda həyata keçirilir. Sinxron tərcüməçi xüsusi texnika ilə təchiz edilmiş kabinədə oturaraq, qulaqcıqlar vasitəsilə eşitdiyi nitqi həmin anda tərcümə edib mikrafona deyir. Cümlədə söz sırasından asılı olaraq xəbərin sonda gəlməsi ingilis dilinə sinxron tərcümədə çətinlik törədir. Çünki cümlə qurtamasa fikrin təstiq və ya inkarda olduğu bilinmir. Buna görə də bəzən sinxron tərcüməçi cümləni öz fəhmi hesabına tərcümə etməli olur. Odur ki, sinxron tərcümə mütəxxəssisdən güclü duyma qabiliyyəti və geniş dünya görüşü tələb edir. Dilmancdan ən azı yarım saat fikrini toplamaq tələb olunur. Məhz dilmancın bu fiziki imkanını nəzərə alaraq sinxron tərcümə kabinəsində onların hər 20 dəqiqə və ya yarım saatdan bir bir-birini əvəz etməsi lazımdır. Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. Bu tərcümə növündən ilk dəfə Nyüremberq məhkəməsində istifadə olunmuşdur. Həmin vaxtdan bəri çoxlu sayda konfranslar keçirilir və iştirakçılar öz dillərində və ya beynəlxalq dillərin birində çıxışları təxminən eyni zamanda dinləyirlər. Sinxron tərcümə müxtəlif dillərdə danışan çoxsaylı insanların, diplomatik danışıqların, habelə digər prosseslər üçün məqsədəuyğun və əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, sinxron tərcümədə vaxt ikiqat azalır, yəni məruzə ilə onun tərcüməsi eyni vaxtda bitir. Sinxron tərcümə daha çox konfranslarda, simpoziumlarda istifadə olunur.