Şifahi tərcümə xidmətləri

Şifahi tərcümə

Şifahi tərcümə əsasən ardıcıl (consecutive) və sinxron (simultaneous) kimi növlərə ayrılır. Şifahi tərcümə işi aparan şəxsə Azərbaycan dilində dilmanc və ya tərcüman da deyilir.
Yazılı tərcümədə tərcüməçi kifayət qədər vaxt əldə edir, lakin  şifahi tərcümədə vaxt tərcüməçini gözləmir, o mətni bir dəfə eşidir və tərcümə edir. Tərcüməçinin müxtəlif mənbələrə müraciət etmək imkanları yoxdur. Ona görədə tərcüməçi yalnız öz dil bilmə qabiliyyətinə və vərdişlərinə güvənə bilər.
İctimai, siyasi və iqtisadi əlaqələr inkişaf etdikcə dilmanclara daha çox ehtiyac duyulur. Ölkəmizdə tez tez keçirilən beynəlxalq tədbirlər, iş adamlarının gəlməsi bu peşənin mühümlüyünü artırır. Şirkətimiz sizə görüşləriniz, sərgiləriniz, təqdimat və digər tədbirləriniz üçün peşəkar dilmanclar təklif edir. Peşəkar əməkdaşlarımızın bu çətin tapşırığın öhdəsindən ləyaqətlə gələcəyini əminliklə deyə bilərik.
Tərcümə istiqamətləri:

1. Ardıcıl tərcümə
2. Sərgilərdə tərcümə
3. Sinxron tərcümə