Hüquqi sənədlərin tərcüməsi

Hüquqi sənədlərin tərcüməsi xidməti

Hüquqi sənədlərin tərcüməsi müasir biznes mühütündə və qloballaşan dünyada hər gün baş verən çox saylı proseslərin bir parçasıdır. Artıq sərhəd tanımayan biznes fəaliyyəti ilə bağlı bağlanılan müqavilələr, razılaşma sənədləri, təkliflər, rəsmi müraciətlər, patent alınması, vəkalətnamələr, bəyannamələr, anketlər və s. hüquqi yazışmalar hər gün rastlanan fəaliyyətlərdir. Əlavə olaraq insanların səyahət, miqrasiya, sosial və hüquqi prosedurlarla bağlı xaricə göndərilən və ya ölkəyə daxil olmuş sənədlərin tərcüməsidə bu gün aktual bir fəaliyyətdir. Bu sahədə tərcüməçinin peşəkarlığı, hüquqi prosedurları əhatə edən terminləri bilmək və anlamaq kimi mühüm biliklərə sahib olmağı tələb edir. Müştərilərimiz əmin ola bilərlər ki, onların təqdim etdikləri sənədlər öz məzmun və mənasını tam dolğun şəkildə saxlamaqla tərcümə olunacaq.