Bələdçi xidməti (bələdçi-tərcüməçi və bələdçi-ekskursovod)

Bələdçi xidməti turizmin inkişafı ilə bağlı son illərdə tələbat olan bir sahəyə çevrilib. Ölkəmizə gələn turistlərin sayının artması, müxtəllif beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi bu sahənin aktuallığını artırır.
Şirkətimiz ingilis, rus, alman, fransız, ərəb, fars və digər dillərdə sadəcə tərcüməçi deyil, tərcüməçi – bələdçi, tərcüməçi – ekskursovod təklif edir. Maraqlı gəzinti proqramının təşkili, Bakı və bölgələrimiz haqqında, tarixi, mədəni və digər yerlər haqqında turistlərə təfsilatlı məlumat verilməsi peşəkar bələdçi işidir.
Qonaqlar (turistlər) üçün bir neçə şəhərə (bölgəyə) ekurskursiya proqramları və bələdçi xidməti, həmçinin əlavə olaraq şəxsi sürücü, tərcüməçi, fotoqraf, alış-veriş məsləhətçisi, daşınmaz əmlak mütəxəssisi kimi xidmətlər və öz evinizdə qonaqlama təklif edə bilərik.
Eyni zamanda xarici ölkələrə işgüzar səfərə və ya istirahətə gedən vətəndaşlarımız üçündə bələdçi – tərcüməçi xidmətləri təklif edə bilərik.

Bələdçi sifarişi