Ərəb dili tərcümə, ərəb dilinə sənədlərin tərcüməsi

Ərəb dili

Ərəb dili üzrə tərcümə

Ərəb dili Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir.
Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur. Bunlar bir-birlərindən və habelə ədəbi dildən ciddi şəkildə fərqləndiyi üçün müxtəlif ölkə ərəblərinin bir-birini anlamaması, müvafiq hazırlığı olmayan ərəblərin isə çox zaman ədəbi dili başa düşməməsi adi hal hesab edilir.
Şirkətimiz italyan – azərbaycan, italyan – rus və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Hazırda ölkəmizlə İtalya arasında geniş əlaqələrin olması peşəkar tərcümə tələb edən, xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsini zəruri edir. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.
Şirkətimiz eyni zamanda bələdçilik: italyan dilində tərcüməçi – bələdçi, tərcüməçi – ekskursovod xidmətlərini təklif edir.